Leyla Əliyeva "Göygöl Milli Parkı" sənədli filminin təqdimatında iştirak edib - FOTO

Leyla Əliyeva "Göygöl Milli Parkı" sənədli filminin təqdimatında iştirak edib - FOTO
20:52 29 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 29-da Nizami Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl Milli Parkı" sənədli filminin təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva "Göygöl Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

Mərasimdə çıxış edən İqor Bışnyov "Göygöl Milli Parkı" layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək filmin çəkiliş prosesindən təəssüratlarını qonaqlarla bölüşüb. Buradakı görüşlərin növbəti filmin treyleri ilə başlamasının çox gözəl ənənə olduğunu söyləyib. İqor Bışnyov bildirib ki, layihəni IDEA İctimai Birliyi reallaşdırıb.

Rejissor deyib: "Layihə çərçivəsində ilk film ötən il təqdim edilən "Şirvan Milli Parkı", ikinci film cari ilin aprel ayında təqdim olunan "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filmidir. Bu gün isə mən çox şadam ki, ilin sonunda "Göygöl Milli Parkı" sənədli filmi təqdim edilir".

Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını diqqətə çatdıran İ.Bışnyov bildirib ki, bu film qoruğun yaranmasının 90 illiyi ilə bağlıdır.

İqor Bışnyov layihə çərçivəsində çəkilən ilk iki filmin sırf təbiətə həsr edildiyini vurğulayaraq "Göygöl Milli Parkı" sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti, həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.

Rejissor Azərbaycanda şəxsən Prezident İlham Əliyevin milli parkların açılışlarında iştirak etməsinin çox xoş hadisə olduğunu qeyd edib.

İqor Bışnyov layihənin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, IDEA ilə əməkdaşlıq etmək olduqca maraqlıdır. IDEA İctimai Birliyinin uşaqları ekoloji cəhətdən tərbiyələndirməsi çox əhəmiyyətli məsələdir.

O, hamını Yeni il və Göygöl Milli Parkının 90 illiyi münasibətilə təbrik edərək deyib ki, qoy bu film bayramlara bir hədiyyə olsun.

IDEA-nın "Azərbaycanın 9 möcüzəsi" layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama Milli parklarından söhbət açılacaq.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Göygöl Milli Parkı" filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, "Göygöl Milli Parkı" filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycanın 9 möcüzəsi" layihəsi çərçivəsində çəkilmiş "Ağgöl Milli Parkı" filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən "Xilas etmək və qorumaq" adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında "İlin televiziyası layihəsi" mükafatına layiq görülüb.

IDEA-nın "Azərbaycanın 9 möcüzəsi" layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Milli.Az














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib

23 Avqust 2017 12:17

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:13

Paytaxtda iki ev yanıb, bir qadın ölüb

23 Avqust 2017 12:13

Azərbaycanda lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir

23 Avqust 2017 12:12

SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

23 Avqust 2017 12:12

Bakı sakini yanaraq öldü

23 Avqust 2017 12:09

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir

23 Avqust 2017 12:09

İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

23 Avqust 2017 12:07

Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir

23 Avqust 2017 12:07

Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır, 16 minə yaxın mənzil plana düşdü

23 Avqust 2017 12:03

8651 nəfər peşə məktəblərinə qəbul olunub

23 Avqust 2017 11:59

Bakını bürüyən toz dumanı

23 Avqust 2017 11:59

Kurtizanka idi, səfirlə evləndi, admiralın məşuqəsi oldu - TARİXİN ƏN QƏRİBƏ TALELİ QADINI - fotolar

23 Avqust 2017 11:53

İki məşhur klubdan Arda Turana təklif

23 Avqust 2017 11:47

“Neft Daşları”nda yeni quyu istismara verilib

23 Avqust 2017 11:47

Azərbaycanda ilk dəfə çarpaz orqan transplantasiyası əməliyyatı icra olunub

23 Avqust 2017 11:47

Samiraldo OD PÜSKÜRDÜ: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

23 Avqust 2017 11:43

Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

23 Avqust 2017 11:42

Azərbaycanlı qızın bu görüntüləri interneti "partlatdı"

23 Avqust 2017 11:40

Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA

23 Avqust 2017 11:38

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

23 Avqust 2017 11:37

“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq

23 Avqust 2017 11:37

Sərdar Ortacın özündən 3 yaş kiçik qaynatası

23 Avqust 2017 11:36

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

23 Avqust 2017 11:35

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

23 Avqust 2017 11:32

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - QANDONDURAN CİNAYƏT

23 Avqust 2017 11:29

"Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU

23 Avqust 2017 11:24

“Əbədi müttəfiq”dən geosiyasi düşmənə: Böyük layihə BAŞ TUTACAQMI?

23 Avqust 2017 11:23

Bakıda toz dumanı bir qədər də arta bilər

23 Avqust 2017 11:21

Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ

23 Avqust 2017 11:19

Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO

23 Avqust 2017 11:18

Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir"

23 Avqust 2017 11:17

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

23 Avqust 2017 11:17

Yığmamız Belarusa uduzdu

23 Avqust 2017 11:17

Naxçıvanda hücum təyyarələri havaya qalxdı

23 Avqust 2017 11:16

Bakıdakı qatı toz dumanının səbəbi açıqlandı

23 Avqust 2017 11:14

"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

23 Avqust 2017 11:12

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:08

"Kopenhagen" - "Qarabağ": bukmeykerlər nə deyir?

23 Avqust 2017 11:07

Prezident orta məktəbin yeni korpusunun açılışında

23 Avqust 2017 11:07

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

23 Avqust 2017 11:02

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

23 Avqust 2017 11:02

Türkiyə 10 minlik yeni ordu yaradır

23 Avqust 2017 10:59

Corc Kluni 1 milyon dolları görün nəyə xərclədi

23 Avqust 2017 10:53

"Qarabağ" tarixi oyuna çıxır

23 Avqust 2017 10:51

Nazirin qardaşı oğlu məhkəmədə ifadə verib

23 Avqust 2017 10:47

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib

23 Avqust 2017 10:47

Nazirlik: Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib

23 Avqust 2017 10:42

Azərbaycan gömrükçüləri avtobusun salonunda 14 000 ədəd siqaret aşkar edib

23 Avqust 2017 10:37

ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

23 Avqust 2017 10:37