Əli Xameneidən müsəlman ölkələrinə təklif

Əli Xameneidən müsəlman ölkələrinə təklif
20:57 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Müsəlman ölkələri vahid islam sivilizasiyası yaratmalıdır. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu cür çağırışla Tehranda keçirilən İslam birliyinin 29-cu beynəlxalq konfransında İranın ali dini lideri Əli Xamenei çıxış edib.

"ABŞ məmurlarının islama olan dərin ədavəti onları islamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir", - deyə Əli Xamenei qeyd edib.   
 
İranın ali dini liderinin sözlərinə görə, islamın müxtəlif təriqətləri arasında nifaq və münaqişə  yaratmaq səyləri Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsinə yönəlib. Bununla əlaqədar Əli Xamenei müsəlman ölkələrini müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir islam sivilizasiyasının yaradılması istiqamətində birgə səylər göstərməyə çağırıb.

Milli.Az  


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR