Beşgünlük məşqçi

Beşgünlük məşqçi
21:06 29 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında daha bir məşqçi ayrılığı yaşanıb.

ANS PRESS-in məlumatına görə, bu dəfə "Gənclərbirliyi" Yılmaz Vuralla yollarını ayırıb.

Bu barədə komandanın prezidenti İlhan Cavcav qərar qəbul edib. Maraq üçün bildirək ki, Vural Ankara təmsilçisi ilə yalnız bir qarşılaşmada iştirak edib. Onun bu klubdakı vəzifəsi cəmi 5 gün çəkib. Bu mövsüm 17 matçda 13 xal toplayan "Gənclərbirliyi" hazırada 16-cı sırada qərarlaşıb.



Yarım mövsüm ərzində Yılmaz Vural "Gənclərbirliyi" ilə yollarını ayıran sayca 5-ci məşqçi olub. Cavcavın bu hərəkəti artıq bir çox dünya mətbuatında gündəm olub. "Türk klubu mövsümün əvvəlindən bəri 5-ci məşqçisini qovdu" başlığı altında Reuters agentliyi xəbər verib.

"Hələ 5 gün əvvəl Yılmaz Vural ilə müqavilə imzalayan Cavcav 2-0 məğlubiyətdən sonra Vuralı qovub. 1981-ci ildən bu yana "Gənclərbirliyi"ni idarə edən Cavcav indiyədək 51 məşqçi qovub.

Bir müddət əvvəl Türkiyə futbolunda görünməmiş hadisə baş verib. Baş məşqçi təyin olunan mütəхəssis bir saat sonra istefaya göndərilib.Super liqa təmsilçisi "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav Fuat Çapanı baş məşqçi təyin edib. Klubun bazasına gələn və işə başlayan mütəхəssis bir saat sonra işdən qovulub.


İlhan Cavcav

Ümumiyyətlə, İlhan Cavcav belə anlaşılmaz qərarları ilə tez-tez gündəmə gəlir. O, bu mövsümün əvvəlində işə başlayan Stüart Bakster cəmi 2 həftə sonra istefaya göndərmişdi. Prezident ötən mövsümün əvvəlində baş məşqçi təyin etdiyi Kemal Özdeş komandanı çempionata hazırlayarkən - oyuna belə çıхmadan qovmuşdu. O, həmçinin 1987-ci ildə Hüsnü Macurnini bir oyundan sonra komandadan kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR