Erdoğan: Demirtaşın kürd muxtariyyəti çağırışı “vətənə xəyanətdir”

Erdoğan: Demirtaşın kürd muxtariyyəti çağırışı “vətənə xəyanətdir”
21:12 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Recep Tayyip Erdoğan kürd siyasətçi Selahattin Demirtaşın kürd muxtariyyəti çağırışını "vətənə xəyanət" adlandırıb.
"Həmsədrin etdiyi xəyanət və provokasiyadır", Erdoğan Xalq Demokratiya Partiyasının (HDP) həmsədri Demirtaşa istinadən bildirib.
Milli.Az BBC-yə istinadən bildiriir ki, həftəsonu HDP və digər kürdpərəst qruplar Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgələrində özünü idarəetməyə çağırış ediblər.
Türkiyə prokurorluğu həmin şərhlərlə əlaqədar istintaqa başlayıb.
Türkiyə hərbiyyəsi özünü idarəetmə uğrunda mübarizə aparan üsyançı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatlar həyata keçirir.
Ordunun bildirdiyinə görə, onlar indiyə qədər 200-dən çox PKK silahlısını qətlə yetiriblər.
PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən "terrorçu" təşkilat kimi tanınır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR