Qurandan bir cüz oxumaq nə deməkdir?

Qurandan bir cüz oxumaq nə deməkdir?
21:17 29 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, ərəb dilində "cüz" hissə, parça deməkdir. Qurani-kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyə bölmüşlər. Bunlara cüz deyilir. Hazırki Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hissəyə bölünür, bu hissələrə də "hizb" deyirlər. Quran oxunuşu ənənələrindən biri də onu cüz-cüz oxumaqdır. Bəzən məscidlərdə Quran vərəqlərini 20 səhifə şəklində cüzlərə bölür, cildləyir və oxuyanların ixtiyarına verirlər. Yas məclislərində də Quranı cüz-cüz oxumaq ənənəsinə rast gəlinir. Müştərək halda Quran oxumaq istəyən adamların hərəsi cüzlərdən birini götürüb oxuyur. Beləliklə, qısa müddət ərzində bütöv Quran oxunub qurtarmış (xətm edilmiş) olur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR