Avtobuslarda bəzən elə basabas olur ki... - VİDEO

Avtobuslarda bəzən elə basabas olur ki... - VİDEO
21:17 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında əksər marşrut avtobuslarında sərnişin sıxlığı yaranır. Bəzən sıxlıq elə həddə çatır ki, avtobusun qapısı güclə bağlanır. Əməkdaşlarımiz axşam saatlarında yaranan bu sıxlığın səbələrini araşdırıb.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bəzi avtobuslar o qədər sərnişin mindirib ki, qapı güclə bağlanır, bəziləri yolun ortasında saxlayır, bəziləri isə heç dayanacaqda  da saxlamır.

Görüntülər "20 Yanvar" dairəsi adlanan ərazidə lentə alınıb.Axşam saatlarında əksər ərazilərdə bu cür vəziyyət yaranır. Avtobuslara normadan artıq sərnişin mindirilir.

Sakinlər sürücülərin intervalı nəzərə almadığını və yalnız avtobus dolandan sonra hərəkət etdiklərini deyirlər.

Sakinlərin bir qismi isə bu cür sərnişin sıxlığını marşrut xəttindəki avtobusların az olması ilə əlaqələndirirlər.

Yaranmış vəziyyəti isə  sürücülər  özlərinəməxsus formada  izah edirlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR