Neftin qiymətinin «dibi» haradır?

Neftin qiymətinin «dibi» haradır?
21:27 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib (24 İyun 2017 00:52)
Gürcüstanda yanacaq ucuzlaşacaq (22 İyun 2017 23:04)
Neftin qiyməti sürətlə ucuzlaşır - İLİN ƏN UCUZ QİYMƏTİ (20 İyun 2017 15:39)

Çərşənbə axşamı xam neftin qiyməti aşağı həddə qalıb. "Reuters" agentliyi bunu tələbin azalması və qlobal istehsal səviyyəsinin rekord həddə yaxınlığı ilə izah edir. Ötən ilin ortalarından neftin qiyməti 30 faiz azalıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, GMT vaxtilə 4 radələrində Qərbi Texas (WTI) neftinin barreli 36 dollar 83 sentə satılıb ki, bu da 3 faizlik düşüş deməkdir. "Brent" neftinin barreli isə 36 dollar 67 sentə satılıb.

"JBC Energy"nin neft təhlilçiləri bildirir ki, Avropada neftə tələbat son 10 ayda ilk dəfə olaraq oktyabrda azalıb. Bu, günə 170 min barrel itki deməkdir. Çində dizel və benzinə tələb də düşməkdədir.

"Tələbin durumu daha yüksək qiymət mühitinə qayıtmağa əl yeri qoymur", - "CME Group" bildirir. "Çində tələb düşür. Yeni yaranan bazarlarda artım azalır. Avropada real ÜDM şərtlərində 1-2 faizlik artım gözlənir. ABŞ nisbətən yaxşı, Yaponiya nisbətən pis durumdadır. Burada da tələbdə ciddi artım gözlənilmir".

ABŞ-da şist nefti istehsalı 2010-cu ildən artsa da, istehsalçıların çoxunun xeyli borcu yığılıb və biznesdə qalmaq uğrunda çarpışırlar.

"İndiki aşağı qiymətlər 2016-cı ilin ABŞ istehsalçıları üçün çətin keçəcəyini göstərir", -bunu isə "ClipperData" neft təhlili şirkəti bildirir. Şirkət gələn il ABŞ istehsalında günə 500 min barrel azalma proqnozlaşdırır.

"Reuters" yazır ki, buna baxmayaraq, təhlilçilər qlobal istehsalın tələbi üstələyəcəyini proqnozlaşdırır və ABŞ-da bu ixtisar belə bazarları balanslaşdırmağa yetərli olmayacaq.

AŞIRI TƏCHİZAT QALACAQ

"Fox Business" isə yazır ki, noyabrda Yaponiyada neft məhsulları satışı son 46 ildə ən aşağı həddə düşüb. 

Neft İxrac edən Ölkələr Təşkilatı - OPEC-in məlumatına görə, hazırda gündəlik istehsal 2 milyon barrel artıqdır ki, bu da qlobal tələbatın 2 faizindən çoxdur. Aşırı təklifin gələn ilin əvvəlində də qalacağı gözlənilir.

"Qlobal təklif və tələb cədvəlləri 2016-cı ilin birinci yarısı üçün də ağır mənzərəni göz önünə gətirir", - "Petromatrix"in neft təhlilçisi Olivier Jakob deyir.

Ötən ilin iyununda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC istehsalın azaldılması siyasətindən əl çəkib. Uzun illər bu siyasət bazardakı payın qorunması üçün qiymətlərin dəstəklənməsi məqsədilə aparılırdı. O vaxtdan OPEC məqsədinə qismən nail oldu, rəqib təklif mənbələrini önləyə bildi. Ancaq eyni zamanda istehsalçı ölkələr maliyyə problemləri ilə üzləşdi. Hətta nisbətən varlı Körfəz ölkələri belə.

TREYDERLƏR NARAHATDIR

"The Wall Street Journal"da Timothy Puko yazır ki, neft treyderləri son həftələr, özəlliklə də Federal Rezerv Sistemi (FED) uçot dərəcəsini qaldırandan sonra Çin bazarını diqqətlə izləyib. Dollar qazanıb, yeni yaranan bazarların valyutaları kəskin düşüb. Elə bu yay Çin yuanı qəfil devalvasiyaya uğradanda neft böyük itkilər yaşamışdı.

"Çin iqtisadiyyatı sağlam deyilsə, neft istehlakı da yetərli həcmdə arta bilməz və dünyada neft artığı da azalmaz", - müəllif yazır.

OPEC üzvləri gələn il də istehsalı artıracağını bildirib. Üstəlik, İran neft ixracını gələn ilin prioriteti elan edib.

Ancaq təhlilçilər xəbərdarlıq edirlər ki, bazar ertəsi güclü eniş aşırı reaksiyadır. Treyderlərin çoxu tətildədir, bəziləri il sonu haqq-hesablarını qaydaya salırlar. Bu isə qiymətlərdə şişirdilmiş dəyişikliyə səbəb olub.

"Gələn iki həftənin qiymətləri də 2016-cı ildə daha uzun müddətə göstərici sayılmayacaq. Bayramlara görə həcmlər aşağı qalacaq", - "Phillip Futures"in təhlilçisi Daniel Ang söyləyir.

Təhlilçilərin fikrincə, ABŞ iqtisadiyyatı dirçəlməkdə davam etsə və Çin iqtisadiyyatı sabitləşsə, neftə tələbat da bir az düzələr.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17

Çaylarda su artdı, Gorançay daşdı

24 İyun 2017 01:58

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

24 İyun 2017 01:57

Hindistanda Trampın şərəfinə kənd adlandırılıb

24 İyun 2017 01:55

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”

24 İyun 2017 01:54

SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

24 İyun 2017 01:42

1930-cu illərin çılğın, qara-ağ Londonu - FOTO

24 İyun 2017 01:32

Kəbədə həyata keçirilməsi planlaşdırılan terror aktlarının qarşısı alınıb

24 İyun 2017 01:28

Diqqətsiz qalan 2 yaşlı körpə ağcaqanad dərmanı içib zəhərləndi

24 İyun 2017 01:18

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

24 İyun 2017 01:02

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

24 İyun 2017 00:58

"Arsenal" fransız futbolçuya görə 44 milyonundan keçməyə hazırdır

24 İyun 2017 00:58

“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

24 İyun 2017 00:52

Bakıda təcili yardım maşını aşıb:

24 İyun 2017 00:45

Lənkəranda zəlzələ oldu

24 İyun 2017 00:43

Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır"

24 İyun 2017 00:42

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 00:36

Lənkəranda zəlzələ

24 İyun 2017 00:34

Rejissor Kənan Mahmudovun həyat yoldaşı dəyişib belə oldu - FOTO

24 İyun 2017 00:33

Goranboyda avtomobil piyadanı vurub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ olub

24 İyun 2017 00:32

Lənkəranda zəlzələ baş verib

24 İyun 2017 00:28

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

24 İyun 2017 00:24

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

24 İyun 2017 00:22

Bakıda təcili yardım maşını aşdı - Sürücü... - FOTOLAR

24 İyun 2017 00:18

Astroloji proqnoz - 24 iyun

24 İyun 2017 00:08

"Bavariya" gənc yarımmüdafiəçinin transferinə yaxındır

24 İyun 2017 00:05

Günün qoroskopu: emosional fon sabit deyil

24 İyun 2017 00:05

"Beşiktaş" Pepedən cavab gözləyir

23 İyun 2017 23:57

Ana ölən oğlunu almaza çevirdi - FOTO

23 İyun 2017 23:57

Almaniyada Tramp-Putin görüşü baş tuta bilər -

23 İyun 2017 23:54

Pike və Şakiranın sevgi hekayəsi - FOTO

23 İyun 2017 23:52

Bakıda "Zəfəran hospital"a məxsus ambulans qəza törədib: xəsarət alan var

23 İyun 2017 23:52

"Yuventus"u "Mançester Siti"yə dəyişir

23 İyun 2017 23:52

Alimlər uşağın emosiyalarına reaksiya verə bilən oyuncaq hazırlayıblar

23 İyun 2017 23:52

Tarkanın Bakı konsertindən FOTOlar

23 İyun 2017 23:47

"Yubkalı sürücülər" istəklərinə çatdı - FOTO

23 İyun 2017 23:42

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

23 İyun 2017 23:42

iPhone haqqında bilmədiyiniz 6 FAKT

23 İyun 2017 23:37

"Qəbələ"nin potensial rəqibi: Keçən mövsümdəki komanda deyilik

23 İyun 2017 23:37

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTO

23 İyun 2017 23:37

Kişi arvadını döydü, bıçaqladı, diri-diri yandırdı, sonra da...

23 İyun 2017 23:32

Bakıda məşhur klinikanın "ambulance"ı qəzaya düşdü - FOTO

23 İyun 2017 23:32

Meymunun rəqsi sosial şəbəkədə paylaşım rekordu qırdı - VİDEO

23 İyun 2017 23:28