Zakir Həsənov: Düşmən anlamalıdır ki, əzəli torpaqlarımızın azad edilməsinin vaxtı çatıb

Zakir Həsənov: Düşmən anlamalıdır ki, əzəli torpaqlarımızın azad edilməsinin vaxtı çatıb
21:28 29 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib.
Gənc zabitlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət qarşısında çıxış edən nazir buraxılış münasibətilə məzunlara təbriklərini çatdırıb. Z.Həsənov Ali Baş Komandanın tapşırığına əsasən, ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan fəaliyyətdən, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək gənclərimizin hərb işinə marağının artırılmasına diqqət çəkən nazir Silahlı Qüvvələr sıralarına daxil olan zabitlərin Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfə verəcəklərini xüsusi vurğulayıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi qayğı nəticəsində ordumuzun daha da inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bildirib: "Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir”.
Müdafiə naziri vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür. “Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli sayda itki verib, ağır tələfata uğrayıb.
Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı – düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir”, - deyə nazir bildirib.
Çıxışını zabitlərə müraciətlə davam edən müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir.
“Tabeliyinizdəki əsgərləri Vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar”, - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.
Sonda müdafiə naziri hərbi hissələrə yola düşməyə hazırlaşan gənc zabitlərə Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib

18 Avqust 2017 16:35

Birində bomba, digərində avtomobil - Qərblə Şərqdə terror niyə fərqlidir?

18 Avqust 2017 16:33

Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

18 Avqust 2017 16:32

İspaniyada terror aktı ilə əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb

18 Avqust 2017 16:32

Siqareti dərhal tərgitmək üçün möhtəşəm üsul

18 Avqust 2017 16:32

Bakıda təcili yardım həkimini döydülər

18 Avqust 2017 16:29

"Qalatasaray"dan Usayn Bolt bombası

18 Avqust 2017 16:27

Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb

18 Avqust 2017 16:27

Bir ailənin 7 üzvü edam edildi

18 Avqust 2017 16:23

Qaçaqmalçılıqla gətirilən 50 min ədəd siqaretin satışının qarşısı alınıb

18 Avqust 2017 16:20

Hande Yener lələyi, zövqsüz kadr, “gülünc” geyim - Yayın uğurlu və bərbad klipləri – VİDEO

18 Avqust 2017 16:18

Boliviyanın dövlət başçısı Azərbaycan Prezidentini IV Qaz sammitinə dəvət edib

18 Avqust 2017 16:17

Gömrükdə 50 min siqaret müsadirə edildi

18 Avqust 2017 16:13

Gülməli hərəkət: Klintonu prezident seçilməsi münasibətilə təbrik etdi - VİDEO

18 Avqust 2017 16:13

Ərdoğandan ŞOK MÜRACİƏT: "Merkelin partiyasına səs verməyin!"

18 Avqust 2017 16:09

Avrozonada illik inflyasiya sabit qalıb

18 Avqust 2017 16:07

Ata qızına təcavüz edəni öldürdü - VİDEO

18 Avqust 2017 16:03

Bu avtobusa nə minmək olur, nə də düşmək...

18 Avqust 2017 16:00

Ən qəzəbli və təhlükəli bürclər - Onlarla ehtiyatlı davranın!

18 Avqust 2017 15:53

Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir

18 Avqust 2017 15:52

Tovuzda yol qəzası olub, bir ailənin 4 üzvü ağır yaralanıb

18 Avqust 2017 15:47

Yazmasın deyə, dəlixanaya qoyulan, aparıcıya "Tanrım" deyən yazıçı: Koelyonun HEYRƏTAMİZ DÜNYASI

18 Avqust 2017 15:43

"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib

18 Avqust 2017 15:42

“Neft Daşları”ında yeni quyu istismara verilib

18 Avqust 2017 15:40

Beş ölkənin keçmiş prezidenti Bakıya gələcək

18 Avqust 2017 15:37

Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək

18 Avqust 2017 15:37

Bakı "İnter"i yeni futbolçularla müqavilə təkli etdi - ÖZƏL

18 Avqust 2017 15:37

Tolikin "Lider" TV-dəki verilişi bağlanıb? – AÇIQLAMA

18 Avqust 2017 15:33

“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib

18 Avqust 2017 15:32

"2 aylıq hamilə olanda ərimə xəyanət etdim" - FOTOLAR

18 Avqust 2017 15:29

SORĞU: “MilliÖn” və “Bakı Kart” terminalları necə işləyir?

18 Avqust 2017 15:25

Bakı Nəqliyyat Agentliyi 4 marşrut sahibinə xəbərdarlıq etdi

18 Avqust 2017 15:23

Kıvanç Tatlıtuğ özündən 6 yaş böyük qadınla evlənməsinin səbəbini açıqladı

18 Avqust 2017 15:18

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş 50 min ədəd siqaretin realizəsinin qarşısı alınıb

18 Avqust 2017 15:17

Nazirlik: Sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır

18 Avqust 2017 15:17

Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək

18 Avqust 2017 15:17

Uşağı öldürən alman Polşa klubunu ziyana saldı - FOTO

18 Avqust 2017 15:17

Türkiyə Rusiya ilə azad ticarətə keçmək istəyir

18 Avqust 2017 15:12

Müdafiə Nazirliyi yeni məlumat yaydı

18 Avqust 2017 15:10

Müdafiə Nazirliyindən ermənilərin yaydığı dezinformasiyalara CAVAB

18 Avqust 2017 15:08

Barselona terroru - terrorçular həm də düşmənçilik toxumu səpirlər

18 Avqust 2017 15:02

Formatı dəyişən "Lider" TV 14 saatlıq yayıma keçir – AÇIQLAMA

18 Avqust 2017 14:58

Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb

18 Avqust 2017 14:57

3350 tələbə ali məktəbini dəyişmək istəyir

18 Avqust 2017 14:54

"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən CAVAB

18 Avqust 2017 14:49

Əməkdar artistin həyat yoldaşı əzələli bədənini nümayiş etdirdi – FOTOLAR

18 Avqust 2017 14:48

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistanın yaydığı sənədlər tamamən saxta və uydurmadır

18 Avqust 2017 14:47

Azərbaycanda investisiyaya yönəldilən bank kreditlərinin həcmi artıb

18 Avqust 2017 14:47

Yaşıl pomidor turşusunun hazırlanması

18 Avqust 2017 14:47

FHN bir nəfəri dənizdə batmaqdan xilas etdi

18 Avqust 2017 14:44