Davudoğlu Serbiyanı vasitəçi olmağa çağırdı

Davudoğlu Serbiyanı vasitəçi olmağa çağırdı
21:59 29 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat-xidmətinin məlumatında bildirilir. Məlumata görə, Türkiyənin baş naziri Tomislav Nikoliçə siyasi fikir ayrılıqlarının aradan qaldırılmasında yaxından iştirak etməyə çağırıb.

 

“Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Rusiya ilə mübahisədə kömək etməyə çağırıb və Türkiyə tərəfinin bu ölkə ilə normal münasibətlərinin olmasında maraqlı olduğunu bildirib.  Prezident Nikoliç bununla məmnuniyyətlə razılaşıb”, deyə ikitərəfli görüşün yekunlarına dair rəsmi məlumatda bildirilir.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR