Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​İspaniyanın şimalında qoruq yanır

​İspaniyanın şimalında qoruq yanır

Slovakiyada güclü külək 2 mindən çox ağacı qırıb (02 Mart 2017 01:42)

Tarix: 29 Dekabr 2015 22:12

Bakı. 29 dekabr. REPORT.AZ/ İspaniyanın şimalında başlanan irimiqyaslı yanğınlar qoruq sayılan meşə massivlərində hələ də davam edir. Alov 2 000 hektardan artıq sahəni əhatə edir, 100-dək yanğın ocağı qeydə alınıb.
Bu barədə "Report" "El Pais"ə istinadən xəbər verir.
Yanğınsöndürənlər alovu söndürməyə çalışırlar. Onlar Ətraf Mühit Nazirliyinin hərbi və hidrotəyyarələrindən istifadə edir.
Yerli hakimiyyət nümayəndələrinin xəbərinə əsasən, yanğın nəticəsində Assos təpələri və Saha-Bəsayyə təbii parklarının meşə massivləri ziyan çəkib.
Təbii fəlakətlə mübarizəyə 500-dən artıq insan, həmçinin operatorlar, pilotlar, yanğınsöndürənlər, hərbçilər və s. cəlb edilib. 



Teqlər:  İspaniyanın şimalında qoruq yanır



RƏYLƏR


Top xəbərlər