Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən mükəmməl peyk uçuruldu

Ən mükəmməl peyk uçuruldu

Date: 29 December 2015 22:12

Çin yüksək təsvir ölçülü aparatura ilə təchiz edilən "Gaofeng-4" Yerin məsafədən zondlama peykini buraxıb. Çin Dövlət Kosmik Elmlər, Texnologiya və Sənaye İdarəsinin məlumatına görə, aparat Sıçuan əyalətində yerləşən Siçan kosmodromundan "Chancheng" raketdaşıyıcısının köməyi ilə kosmosa göndərilib.

"Gaofeng-4" Yerdən 36 min km hündürlüyə qaldırılıb.

İdarə rəhbəri Syu Daçjenin sözlərinə görə, geosinxron orbitə çıxarılan optik müşahidə sistemli peyk hazırda dünyanın bu tipli ən mükəmməl aparatıdır.

Layihə konstruktoru Li Qo bəyan edib ki, peyk Yerin məsafədən zondlama peyklərində ən yaxşı yüksək təsvir ölçüsünü təmin edən "CMOS" kamerasının köməyi ilə dənizdəki neft tankerini müşahidə etmək qabiliyyətinə malikdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, peykdən geoloji proseslərin və meşə yanğınlarının izlənilməsi, meteoroloji proqnozların tərtibi üçün istifadə olunacaq. "Gaofeng" layihəsi çərçivəsində Çində ümumilikdə 2020-ci ilədək yeddi belə aparatın orbitə göndərilməsi planlaşdırılır.
 
Milli.Az


Tags:  mükəmməl peyk uçuruldu


RƏYLƏR


Top news