Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan hökumətində ixtisarlar

Ermənistan hökumətində ixtisarlar

Date: 29 December 2015 22:12

2016-cı ildə Ermənistan hökumətində ixtisarlar aparılacaq.

Bunu dekabrın 26-da jurnalistlərə baş nazir Ovik Abramyan deyib.

Amma o bunun hansı nazirliklərə şamil ediləcəyinə aydınlıq gətirməyib.

Nazir qeyd edib ki, məqsəd artıq xərcləri azaltmaqdır, biz bütün maliyyəni səmərəli proqramlara yönəltməliyik.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Abramyan həmçinin qeyd edib ki, iqtisadi artım nəzərdə tutulduğu kimi 4,1 yox, təxminən 3 faiz olacaq.

Baş nazir buna səbəb kimi regional və beynəlxalq iqtisadi inkişafı göstərib.

Amma baş nazir avqustda çox nikbin danışırdı.

İqtisadi şərhçi Ayk Gevorkyan deyir ki, bu göstərir ki, hakimiyyətin ilin əvvəllərində nəzərdə tutduğu proqramlar reallaşdırılmayıb.
Milli.Az


Tags:  Ermənistan hökumətində ixtisarlar


RƏYLƏR


Top news