Zakir Həsənov: "Torpaqlarımızın azad edilməsinin vaxtı çatıb" - FOTO

Zakir Həsənov: "Torpaqlarımızın azad edilməsinin vaxtı çatıb" - FOTO
22:12 29 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib.

Gənc zabitlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət qarşısında çıxış edən nazir buraxılış münasibətilə məzunlara təbriklərini çatdırıb. Z.Həsənov Ali Baş Komandanın tapşırığına əsasən, ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan fəaliyyətdən, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək gənclərimizin hərb işinə marağının artırılmasına diqqət çəkən nazir Silahlı Qüvvələr sıralarına daxil olan zabitlərin Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfə verəcəklərini xüsusi vurğulayıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi qayğı nəticəsində ordumuzun daha da inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bildirib: "Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir".

Müdafiə naziri vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür. "Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli sayda itki verib, ağır tələfata uğrayıb.

Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı - düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir", - deyə nazir bildirib.

Çıxışını zabitlərə müraciətlə davam edən müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir.

"Tabeliyinizdəki əsgərləri Vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar", - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.

Sonda müdafiə naziri hərbi hissələrə yola düşməyə hazırlaşan gənc zabitlərə Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07