Bakıda zəncirvari qəza: 1 ölü, 2 yaralı

Bakıda zəncirvari qəza: 1 ölü, 2 yaralı
22:22 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurub, idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Məmməd Rüstəmova məxsus "Nissan" və Eşqin Vəliyevə məxsus "Mercedes" markalı avtomobillərə çırpıb.
 
Nəticədə B.Soltanov hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR