Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi

22:28 29 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Versii.com” saytında hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi” sərlövhəli məqaləsi verilib.
Müəllif yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən hadisələrin mahiyyət və xarakterini, heç olmazsa, ümumi şəkildə açıb göstərmək, bu hadisələrin ümumi xarakteristikasını, həmin qarşıdurmanın hüquqi statusu haqqında ilkin məlumat vermək lazımdır. İlk növbədə vurğulamaq lazımdır ki, ermənilərin və azərbaycanlıların milli identikliyi müxtəlif mühitlərdə inkişaf edib. Ermənilərin mədəni vektoru erməni xalqını etnosa çevirən Erməni Qriqoryan Kilsəsi tərəfindən formalaşdırılıb. Xalqın birliyi üçün bu kilsə çox vaxt qismən dövlətin funksiyalarını yerinə yetirib. IV əsrdən başlayaraq daim diaspor şəklində yaşayan erməniləri assimilyasiya olmaqdan məhz bu mexanizm qoruyub. Onlar yad cəmiyyətlərdə yaşamağa məcbur olublar. Davamlı identikliyin belə psixoloji əsasının olması ermənilərə özünəməxsus etnopsixoloji xüsusiyyətləri qoruyub saxlamaqla, həmin cəmiyyətlərin etnopsixoloji xüsusiyyətlərini yetərincə asan özününküləşdirmək imkanı verib.
Yığcam yaşamaq üçün daim coğrafi imkanı olan azərbaycanlılar isə lap qədim zamanlardan özlərini türk dünyasının ayrılmaz tərkib hissəsi, formalaşmış xalq hiss ediblər. Tarixin müxtəlif dövrlərində müxtəlif dövlətçilik tiplərinə sahib olan azərbaycanlılar öz mədəni bənzərsizliyini başa düşürdülər, lakin onlar heç vaxt öz unikal tarixi taleyini hansısa üstünlük hesab etmirdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan alim son iki əsrdə Dağlıq Qarabağ muxtariyyətinin yaradılması və inkişafı tarixinə, başqa sözlə desək, Cənubi Qafqazın Rusiyaya birləşdiyi andan zəmanəmizə qədər davam edən bütöv bir dövrə diqqət yetirir.
Qondarma “Qarabağ məsələsi”nin erməni məsələsinin yalnız bir hissəsi olduğunu, erməni məsələsinin isə XIX əsrin sonunda – XX əsrin əvvəlində fəal surətdə gündəlikdə duran Şərq məsələsinin tərkib hissəsi olduğunu bu gün xatırlayan varmı? Bu məsələyə həsr olunan əsərlər, təəssüf ki, hazırda haqsız yerə unudulub.
Qarabağın dağlıq rayonlarının qriqorianlaşdırılmış və xeyli dərəcədə erməniləşdirilmiş əhalisinin qismən etnik assimilyasiyaya uğraması və o vaxtın bir çox digər məlum həqiqətləri barədə məlumatlı və savadlı insanlar hələ XIX əsrdə çox yazırdılar. V.L.Veliçko deyirdi: “Qarabağın səhvən erməni adlandırılan... və yalnız 3-4 əsr əvvəl erməniləşdirilmiş sakinləri istisna təşkil edirdi”. Erməni müəllifi B.İşxanyan 1916-cı ildə Petroqradda çap olunmuş “Qafqaz xalqları” kitabında yazırdı: “Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan aborigenlər..., digər hissəsi Türkiyə və İrandan olan qaçqınlardır. Azərbaycan torpağı onları təqiblərdən və zülmdən qoruyan sığınacağa çevrilib”. Akademik İ.A.Orbeli, S.T.Yeremyan və digər alimlər də bu məsələdən - məqsədli şəkildə qismən erməniləşdirmədən yazıblar.
Rusiya İmperiyasının Cənubi Qafqazda möhkəmlənməsinə kömək edən və onun himayəsindən faydalanan Ermənistan isə əzəli Azərbaycan torpaqlarını ələ keçirmək və bu torpaqlarda “Böyük Ermənistan” yaratmaq istəyirdi. Hələ 1721-ci ildə Qafqaz yürüşü və Azərbaycanın, o cümlədən Bakının Xəzəryanı ərazilərinin fəthi zamanı I Pyotr yerli əhalinin sərt müqaviməti ilə qarşılaşmış və “erməni kartını” işə salmışdı, yəni bu bədnam millətin nümayəndələrini Bakıda və Dərbənddə yerləşdirmək göstərişi vermişdi. Bu siyasətin davamı olaraq 1768-ci ildə II Yekaterina ermənilərin imperiyanın himayəsinə götürülməsi barədə fərman imzalamış, 1803-ci ildə imperator I Aleksandr Qafqaz canişini A.Sisiyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını ələ keçirmək üçün nəyin bahasına olursa-olsun ermənilərdən istifadə etmək lazımdır”.
Məqalədə 1804-1813-cü illər və 1826-1828-ci illər Rus-İran müharibələri gedişində və sonra İrandan və Cənubi Azərbaycandan ermənilərin kütləvi şəkildə köçürülməsi və onların Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi haqqında geniş informasiya təqdim olunub. Təkcə 1826-1828-ci illər Rus-İran müharibəsi zamanı İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra I Nikolay 1828-ci il 21 mart tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaratdı. 7331 azərbaycanlının və cəmi 2369 erməninin yaşadığı İrəvan şəhəri onun tərkibinə daxil oldu. Eyni zamanda İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin kütləvi köçürülməsi başlandı, nəticədə yerli əhali həmin torpaqlardan didərgin salındı. İrəvan və Gəncə quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi darmadağın edildi.
Müəllif yazır ki, Qarabağ xanlığının Rusiyaya birləşdirildiyi vaxtda - 1805-ci il mayın 14-də ermənilər region əhalisinin yalnız beşdə bir hissəsini təşkil edirdilər.
...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixə XX əsrin ən qanlı-qadalı münaqişələrindən biri kimi daxil olub. 1987-ci ildə başlayan bu münaqişə milyonlarla insanın taleyində əks olunub. Qarşıdurma bu günədək davam edir, çünki Ermənistan tərəfi heç bir kompromisə getmir, dünya ictimaiyyətinin fikrinə həyasızcasına məhəl qoymur. Münaqişənin özü onun açıq şəkildə təzahür etməsindən xeyli əvvəl başlayıb. Kökləri hələ Sovet İttifaqının mövcud olduğu illərə gedib çıxan bu münaqişə erməni ictimaiyyətinin müəyyən hissəsinin çoxillik fəaliyyəti ilə bağlıdır. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək məqsədi güdən Ermənistan bu münaqişəli durumu illərlə yetişdirib. Ermənilərin uzun illər davam edən gizli təcavüzkar siyasəti 1987-ci ilin payızında, Yerevanda mitinqlərdə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbləri açıq şəkildə səsləndiriləndə üzə çıxdı. Elə həmin ilin noyabrında Ermənistan ərazisində yaşayan azərbaycanlıların köçürülməsi başlandı. Yanvarın sonuna doğru Ermənistanın Qafan rayonunda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Başqa rayonlarda yaşayan azərbaycanlılarının aqibəti də eynən bu cür idi. 1988-1990-cı illərdə azərbaycanlı əhalinin Ermənistan ərazilərindən qovulub çıxarıldı. Münaqişənin müharibədən əvvəlki mərhələsinin gedişatı belə idi.
Sonra, 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Soveti bir sıra tədbirlər gördü: Dağlıq Qarabağ Muxtar Vilayətindən Ermənistan SSR-in Ali Sovetinə deputatlar seçildi, 1990-cı ilin parlament seçkilərində erməni ümummilli hərəkatı qələbə qazandı və nəticədə separatçıların hakimiyyətə gəlməsi ermənilərin “birləşmə” və “millətin təyini-müqəddərat hüququ” şüarları ilə təcavüzkar hərəkətlərinə yol açdı. Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar erməni və Azərbaycan xalqları arasında qarşıdurmanı qızışdırdı. Əslində, bu, münaqişə zonasını genişləndirmək və onu dərinləşdirmək demək idi. Bakıda məlum Yanvar hadisələrindən sonra Kreml və bilavasitə prezident Mixail Qorbaçov nüfuzdan düşdü. Elə həmin vaxt, yanvarın 21-də Moskvada Heydər Əliyevin Kreml hakimiyyətini qanlı faciə törətməkdə ittiham edən nitqi səsləndi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyinin qeyri-adekvat siyasəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti ağırlaşdırırdı. Azərbaycanın o vaxtkı rəhbərləri yeni dövlət quruculuğu siyasətinə keçməkdə gecikir, çoxsaylı səhvlərə yol verirdilər. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 7 rayonu, o cümlədən Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli işğal edildi. Təqribən bir milyon adam qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Dağlıq Qarabağ münaqişəsində yeni səhifə açıldı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyi yaratdı. O vaxtdan Dağlıq Qarabağ probleminə real münasibət yarandı: Azərbaycan öz bütövlüyünü qoruyub saxlamalıdır və bu mövqeyindən bir addım da geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir başqa qərar ola bilməz və olmamalıdır.
Müəllif vurğulayır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı 4 qətnamə (822, 853, 874 və 884) qəbul etdi. Son illər müxtəlif beynəlxalq təşkilatlarda məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan diplomatiyası Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar siyasətini ifşa edən bir sıra sənədlərin qəbul edilməsinə müvəffəq olub. Belə ki, Avropa Şurasının Parlament Assambleyası 2005-ci il yanvarın 25-də “ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə” adlı 1416 nömrəli qətnamə qəbul edib.
Beləliklə, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası Avropa Şurasının Parlament Assambleyasında bu mühüm sənədin qəbul edilməsinə müvəffəq olub. Sənəddə Ermənistan Avropa Birliyi tərəfindən faktiki olaraq təcavüzkar ölkə kimi tanınıb.
Məqalədə deyilir: “Dövlət və onun tərkib hissələri arasında münaqişələrin həllində Konstitusiya ədalət mühakiməsinin orqanları bir tərəfdən subyektin Konstitusiya ilə müəyyən edilmiş hüquqi statusuna verilən zəmanətə əməl olunmasını, digər tərəfdən dövlətin bütövlüyünün və birliyinin müdafiəsini təmin etməlidir. Başqa sözlə desək, Konstitusiya Məhkəməsi dövlət və onun tərkib hissələri arasında əsas qanunla müəyyən olunan balansı dəstəkləyən rol oynayır. Zənnimizcə, belə məsələlərin həlli zamanı Konstitusiya icraatında muxtariyyət nümayəndələrinin iştirakı təmin olunmalıdır ki, təmsil etdikləri muxtariyyətlərin hüquqlarını və qanuni maraqlarını müdafiə edə bilsinlər. Milli azlıqlar məsələsinin həlli mədəni muxtariyyətdən tutmuş ümumi dövlətin federativ, yaxud da konfederativ quruluşunadək çox geniş diapazona malikdir.
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və gələcəyi barədə fikirlərini yekunlaşdıran müəllif bu münaqişəni yalnız bir mənəvi meyarla qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirib: “Bütün bu diplomatik uğurlar, əlbəttə ki, bizi sevindirir və mövqeyimizi gücləndirir. Ancaq bir halda ki, torpaqlarımız hələ də işğal altındadır, bütün bu nəticələrin böyük əhəmiyyəti yoxdur. Əhəmiyyət o olacaq ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”. İlham Əliyev Azərbaycanın sülh danışıqlarına sadiq olmasını ən böyük kompromis hesab edir. Azərbaycan ümid bəsləyir ki, bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə, tarixi ədaləti bərpa etməyə və işğal edilmiş əraziləri geri qaytarmağa müvəffəq olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55