İran 197 ton uran konsentratı aldı

İran 197 ton uran konsentratı aldı
22:29 29 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

İran Rusiyaya tədarük etdiyi 11 ton az zənginləşdirilmiş uranın qarşılığında 197 ton “sarı kek” (uran konsentratı) alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.  

  

Qeyd edək ki, Əli Əkbər Salehi bundan əvvəl Buşəhr AES-də istehsal olunan zənginləşdirilmiş uranın Rusiyada uran filizinin konsentratı ilə dəyişdiriləcəyini bildirmişdi. Bundan əvvəl Norveç XİN-i Qazaxıstanın 60 ton uran konsentratını İrana təhvil verilməsi prosesində iştirak etdiyini bildirib.

 

IRNA-nın məlumatına görə, Salehi zənginləşdirilmiş uranı Rusiyaya uran konsentratını aldıqdan sonra tədarük etdiyini qeyd edib. Qeyd olunan ardıcıllıq İranın ali dini rəhbəri Əli Xamenei tərəfindən şərt kimi irəli sürülmüşdü.

 

Qeyd edək ki, Rusiya XİN-i bundan əvvəl İrandan zənginləşdirilmiş uranın bütün ehtiyatlarının çıxarıldığını bildirib. Qeyd olunan məsələlər Vyanada iyulun 14-də İranın nüvə proqramına dair   

qəbul olunan birgə hərtərəfli tədbirlər planı ilə nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR