Polis geyimlilər əlil qocanı döydülər, qarət etdilər - FOTO

Polis geyimlilər əlil qocanı döydülər, qarət etdilər - FOTO
22:42 29 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Qusarın Quxuroba kəndi ərazisində dəhşətli, soyğunçuluq və oğurluq hadisəsi qeydə alınıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə kənddən kənarda yerləşən Sahdağ qoyunçuluq kooperativinin ərazisində baş verib. Namelum 3 şəxs saat 18:30 radələrində fermanın sahibi, 60 yaşlı Şahmirzə Şahtemir oğlu Yəhyayevə basqin ediblər.
3-cü qrup əlil olan Şahmirzəyə əvvəlcə polis geyimində bir şəxs yaxınlaşıb, burada cinayətkarlığın vəziyyətilə maraqlanıb. Sonra onu doyub. Daha sonra hərbi geyimli və mülki geyimli 2 maskali şəxs onu oradakı otağa suruyub gətiriblər, ondan pul tələb edibler. Onu kətillə, çəkiclə möhkəm döyərək bədəninə xeyli xəsarət yetiriblər, ayaq barmaqlarını sındırıb, başına xəsarət yetiriblər. Əlil adami möhkəm döydükdən sonra ondakı 400 manat pulu və mobil telefonunu aparıb aradan çıxıblar, Şahmirzənin əl-qolunu bağlayıb gediblər.

Onlar gedəndən sonra birtəhər əlini açan Şahmirzə səhər açılana qədər telefonu olmadığına gorə heç kimi köməyə çağıra bilməyib. Səhər açilanda güclə asfalt yola cıxıb yoldan keçənlərin birinin mobili vasitəsilə qohumlarına xəbər verib və polis şobəsi məlumatlandırılıb.

Bütün bunları hadisə yerində olarkən soyğunçuluğa məruz qalmış Şahmirzə Yəhyayevin qardaşı, 52 yaşlı Furudin Yəhyayev danışıb. O, əlil qardaşına qarşı torədilən bu zorakılığı vəhşilik adlandirib. Qusar polisinin Samur bolməsindən fakt təsdiqlənib və hadisənin açılması istiqamətində əməliyyat axtarış tədbirləri aparıldığı bildirildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR