Tacikistanda özbəklərin sayı niyə azaldılır?

Tacikistanda özbəklərin sayı niyə azaldılır?
22:47 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

SSRİ dağılandan sonra onun yerində yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv bəzi ölkələrdə milli etnik azlıqlara münasibətdə ayrı-seçkilik artmaqda və onların sayının düşünülmüş şəkildə azaldılması prosesi getməkdədir. 

Bu baxımdan MDB-nin ən kasıb ölkələrindən biri hesab edilən Tacikistanda etnik özbəklərə münasibətin arzuedilməz istiqamətdə inkişaf etməsi narahatlıq doğurmaqdadır. Xüsusilə, Tacikistanda yaşayan özbəklərin sayının rəsmi dövlət statistikasına əsasən, ildən-ilə azalması bölgə üzrə tanınmış mütəxəssislərin diqqətinin bu problemə cəlb edilməsinə gətirib çıxarıb. Belə ki, son rəsmi məlumatlara görə, Tacikistan müstəqilliyini əldə etdikdən sonra bu ölkədə yaşayan özbəklərin sayı ölkə əhalisinin 23,5 faizindən 12 faizinə enib. Halbuki Orta Asiyanın ən çoxuşaqlı ailələrindən hesab edilən özbəklərdə taciklərlə müqayisədə və ümumiyyətlə götürdükdə, dünyada əhali artımı indinin özündə ən yüksək səviyyədədir. Digər tərəfdən də,  Tacikistanda yaşayan özbəklərin hansısa ölkəyə kütləvi şəkildə miqrasiya etmələri barədə də hər hansı məlumat yoxdur. Belə bir vəziyyətdə istər-istəməz sual ortaya çıxır: Tacikistanda yaşayan etnik özbəklərin sayı niyə azalıb və onların sayının azalması barədə rəsmi dövlət qurumlarının verdikləri məlumatlar nə qədər həqiqətə uyğundur? Bu suala birmənalı cavab vermək çətin olsa da, özbəklərin sayının azalmasının ağlabatan olduğuna inanmaq olduqca çətindir. Yenə də özbəklərin sayının azalması ilə bağlı məsələni araşdırmaq üçün istər-istəməz rəsmi rəqəmlərə müraciət etmək lazım gəlir. Belə ki, SSRİ-nin dağılması ərəfəsində, 1989-cu ildə həyata keçirilən siyahıyaalma zamanı Tacikistanda yaşayan əhalinin 23 faizinin etnik özbək olduğu üzə çıxmışdı. Bu isə təxminən 1 milyon 197 min 841 nəfər özbəyin Tacikistanda yaşaması anlamına gəlirdi. Amma Tacikistan müstəqilliyini əldə etdikdən sonra rəsmi statistik məlumatlara inansaq, bu ölkədəki özbəklərin sayında azalma müşahidə olunmağa başladı. Belə ki, yenə də Tacikistanın müvafiq qurumlarının məlumatlarına görə, 2000-ci ildə 936 min 703 nəfər özbək (bütün əhalinin 15,3 faizi), 2010-cu ildə isə 926 min 344 nəfər (ümumi əhalinin 12,2 faizi) yaşayır. 2010-cu ildə Tacikistanda keçirilən əhalinin siyahıya almasına görə, bu ölkədə yaşayan özbək əhalinin sayı 1989-2010-cu illər ərzində 29,3 faiz azalıb. Yenə də rəsmi statistikanın son məlumatı kifayət qədər şübhəli təsir bağışlayır. Belə ki, qeyd etdiyimiz kimi, ölkədə yaşayan ruslarla müqayisədə özbəklərin kütləvi şəkildə Tacikistanı tərk etməsi prosesi qeydə alınmayıb və alına da bilməz. Çünki Tacikistanda kompakt halda yaşayan özbəklər, adətən, torpağa, yaşadıqları yerə bağlı insanlar hesab edilirlər və onlar arasında Rusiyaya və digər ölkələrə immiqrasiyaya nadir hallarda rast gəlinir. Tacikistanda özbəklərin rəsmi məlumatlara əsasən azaldığı halda, yerli taciklər arasında 1989-2010-cu ildə əhali 2,1 dəfə artıb. Belə ki, rəsmi məlumatlara görə, əgər 1989-cu ildə Tacikistanda 3 milyon 172 min 420 nəfər yaşayırdısa, 2010-cu ildə etnik taciklərin sayı 6 milyon 373 min 834 nəfərə çatıb. Nəinki MDB-nin, həm də dünyanın ən kasıb ölkələrindən biri olan Tacikistanda əhalinin belə sürətlə artmasına  tarixdə, ümumiyyətlə, rast gəlinməyib. Bu da Tacikistanda taciklərin sayının azı iki dəfə artmasının arxasında şübhəli məqamların dayandığı barədə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. Bu da əsassız deyil. Belə ki, Tacikistanda yalnız etnik özbəklərin deyil, burada yaşayan qırğızların, əfqanların, tacikdilli ərəblərin, o cümlədən qaraçıların belə sayında rəsmi məlumatlara əsasən kəskin azalma baş verib. Halbuki Tacikistanda yaşayan və adlarını sadaladığımız etnik azlıqlar arasında da təbii artım kifayət qədər yüksək hesab edilir. Belə başa düşmək olar ki, Tacikistan müstəqilliyini əldə etdikdən sonra burada yaşayan etnik azlıqlar hansısa "qorxulu xəstəliklər" nəticəsində kütləvi şəkildə "məhv" olublar. Yenə də bu müəmmanın arxasında şübhəli oyunların dayandığı ilk baxışdan hiss edilməkdədir.

 Özbəkləri süni şəkildə tayfalara bölmə siyasəti

Tacikistanda yaşayan özbəklərin və digər etnik azlıqların saylarının azalmasının arxasında əslində  rəsmi səviyyədə onların müxtəlif tayfalara bölünməsi və milli azlıq kimi göstərilməsi dayanır. Bunu təsdiq edən çoxsaylı faktlar məlumdur. Belə ki, son siyahıyaalma zamanı özbəklərin bir hissəsi lakaylar, karluklar, kunqratlar adı ilə qeyd edilib. Özbəklər Tacikistan müstəqilliyini əldə etdiyi ilk günlərdə yerli hökumət orqanlarının onları  müxtəlif etnik qruplara bölərək, sonra taciklər tərəfindən assimilyasiya edilməsinə qarşı güclü müqavimət göstəriblər. Məsələn, ötən əsrin 90-cı illərində keçmiş Kektaş (Gök-Göy daş), indiki Rudəki rayonunda Lakay ovozi (Lakay avazı) adlı ictimai hərəkat fəaliyyət göstərirdi. Bu hərəkatın fəalları "Lakay ovozi" adlı qəzet buraxır və özlərinin yerli özbəklərdən süni şəkildə ayrı salınaraq ayrı millət kimi qələmə verilməsinə qarşı çıxır, bununla bağlı çoxsaylı etiraz aksiyaları keçirirdilər. Taciklərin adıçəkilən ölkədə yaşayan özbəkləri müxtəlif adlar altında tayfalara bölərək onların sayını azaltma və bu yolla assimilyasiya etmə cəhdləri barədə lakay özbəyi olan Nəbican Bakinin "Lakaylar" kitabında geniş yazılıb və bununla bağlı insanı dəhşətə gətirən çoxsaylı faktlar, sübutlar gətirilib.  Beləliklə, 1989-cu ildəTacikistanda  sayları 1,2 milyon nəfər olan özbəklərin sayının azalmasının səbəbləri qismən aydınlıq gətirilib. Yenə də qeyd edək ki, Tacikistanda yaşayan etnik özbəklər arasında təbii artımın ən yüksək səviyyədə olmasını nəzərə alanda hazırda onların saylarının adı çəkilən ölkədə ən azı 2,5-3 milyona yaxın ola biləcəyi şübhə doğurmur. Amma rəsmi şəkildə özbəklərin saylarının az göstərilməsi, onların müxtəlif tayfa adları ilə etnik azlıqlar kimi qələmə verməyə cəhd edilməsi saylarındakı azalmaya gətirib çıxarıb. Buna paralel olaraq, qədimlərdən özbəklərin yaşadıqları Xocənd, Uratəpə, Kurqantəpə, Hissar, Reqar (indiki Tursunzadə) şəhərlərində də süni şəkildə özbəklərin tacikləşdirilməsi prosesi gedir. Belə ki, adıçəkilən ərazilərdə yaşayan özbəklər pasportda onların razılığı olmadan milliyyətləri tacik kimi göstərilib.  Təxmini  məlumatlara görə, adıçəkilən ərazilərdə yaşayan  130-160 min nəfər özbək süni şəkildə pasporta görə tacikləşdirilib.

 Tacikləşmə sürətlə gedir

Yerli özbək əhalinin süni şəkildə tacikləşdirilməsi ilə bağlı onlara aid olan  özbək türkcəsində olan yaşayış ərazilərinin adları  da tacikləşdirilir. Belə ki,  qədimlərdən Lakay adı ilə tanınan Lakay-Kulyab, Kektaş-Rudəki,  Bulunqur-Reqar, Lakaytau-Nurek adlandırılıb. Taboşar, Cirqatal, Qaratəkin, Kurqantəpə və digər şəhər və yaşayış məntəqələrinin adları da tacikləşdirilib. Buna haqq qazandırmaq üçün tacik rəsmiləri bu ərazilərin taciklərə aid olduğunu iddia edirlər. Özbəklərin sıxışdırılması prosesi özbək türklərinin dillərində olan məktəblərin bağladılmasında da özünü göstərməkdədir. Belə ki, əgər sovet dövründə Tacikistanda özbək dilində 150 məktəb fəaliyyət göstərirdisə, hazırda onların yarısı bağlanıb. Tacikistan hökumət orqanları hətta özbək dilində kinoların verilməsini, mahnıların oxunmasını qadağan edir, buna görə özbəklərə qarşı müxtəlif cəza tədbirləri həyata keçirirlər.

Bir sözlə, etnik özbəklərin süni şəkildə tacikləşdirilməsi nəticəsində  tacik əhalinin sayı artırılmaqdadır.

Tacikistanda yalnız etnik  özbəklərin süni şəkildə tacikləşdirilməsi və assimilyası deyil, digər xalqların da analoji şəkildə əridilməsi prosesi gedir. Məsələn, 1989-cu ildə keçirilən siyahıyaalmaya görə, adıçəkilən ölkədə 65 min etnik şuqnan, 13,2 min nəfər ruşan, 11,9 min nəfər vaxan, 5 min nəfər bartan, 3,3 min nəfər yazqulem və digər etnik qruplar yaşayırdılar.  Onların sayı təxminən  110-120 min nəfər hesab  edilirdi. Yəni bir az geriyə getsək, 1926-cı ildə əgər Tacikistanın Dağlıq Bədəxşan ərazisində yaşayanların 80 faizi qeyri-tacik millətindən idisə, bu gün assimilyasiya və süni şəkildə tacikləşdirmə prosesi nəticəsində adıçəkilən ərazidə yaşayanların 80 faizi hakim millətin nümayəndələridir.  Amma Tacikistandakı bəzi qüvvələr bununla kifayətlənməyib Özbəkistan, o cümlədən Qırğızıstana qarşı da ərazi iddiaları irəli sürməkdə, Buxaranın  və digər şəhərlərin onlara aid olduğunu  iddia etməkdədirlər. Halbuki tarixi faktlar da indiki Özbəkistan, Tacikistan və Qırğızıstan ərazilərində yaşayan əhalinin çox cüzi hissəsini təxminən 12-15 faizini taciklərin təşkil etdiyini sübut etməkdədir. Məsələn, 1822-ci ildə Buxara Əmirliyinə səyahət edən E. Meyendorf yazır ki, burada yaşayan yerli türk dilində danışan əhalinin sayı taciklərin sayından ən azı 3 dəfə çoxdur. 1848-ci ildə fransız M Lui Debye və M.V. Volmont tərəfindən  çap edilən "Tartarie, Afghanistan" (Vol.2.1) kitabında məhz E. Meyendorfa istinadən yazmışdılar ki, Buxara Əmirliyində yaşayan əhalinin çox böyük hissəsini türk dilində danışan yerli xalq təşkil edir.

 Faktlar nə deyir?

A. Qalkin isə 1890-cı ildə Buxara Xanlığı haqqında çap etdirdiyi oçerkində yazır: "Buxara Xanlığında yaşayan əhalinin üçdə iki hissəsini - 85 faizinə qədərini türk xalqları, özbəklər, türkmənlər, qırğızlar və digərləri təşkil edirlər. Özbəklər müxtəlif tayfalara bölünüblər. Buxara Xanlığında  yaşayan əhalinin yalnız 12 faizini irandilli xalqlar, o cümlədən taciklər təşkil edirlər. Onlar əsasən dağlıq ərazilərdə, Hissar və Darvaza əyalətlərində, qismən də kiçik şəhərlərdə yaşayırlar. Bölgədə yaşayan əhalinin 3 faizini isə digər xalqlar, o cümlədən yəhudilər (1,2 faiz), əfqanlar, farslar, ərəblər, induslar və digər etnik azlıqlar təşkil edirlər".

1920-ci ildə bolşevik işğalından sonra Buxara Xanlığının ərazisində Özbəkistan və Özbəkistanın tərkibində muxtar Tacikistan respublikası təşkil edildi.  1926-cı ildə keçirilən siyahıyaalmaya görə, Tacikistan Muxtar Respublikasının ərazisində 827,1 min nəfər yaşayırdı. Onların da 21,2 faizini özbəklər təşkil edirdi.  1929-cu ildə Moskvanın göstərişi ilə Tacikistan Özbəkistandan ayrılaraq müttəfiq respublikaya çevrildi. 1937-1939-cu illərdə Tacikistanda yaşayan əhalinin 21-23 faizini özbəklər təşkil edirdilər. Bir sözlə, qədim türk torpaqları hesabına bolşevik Rusiyası tərəfindən süni şəkildə yaradılan Tacikistanın Özbəkistana ərazi iddiaları  iddia etməsi gülünc görünür. Üstəlik, bu gün Tacikistanda  "özbək soyqırımı", "toponim soyqırımı  (özbək yer adlarının tacikləşdirilməsi) həyata keçirilməkdədir. Belə getsə, yaxın  30-40 ildən sonra Tacikistanda bu yerlərin ən qədim sakinləri olan özbəklərə rast gəlmək mümkün olmayacaq. 
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 18:49

Şahzadədənin hərəkəti hamını DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO

20 İyul 2017 18:48

"Gəncə azarkeşləri tələbkardırlar, daim nəticə istəyirlər"

20 İyul 2017 18:47

“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir

20 İyul 2017 18:47

"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi - FOTO

20 İyul 2017 18:42

Firudin Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

20 İyul 2017 18:42

Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı: TÜKÜRPƏDƏN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI - FOTO

20 İyul 2017 18:42

Bakıda gecə klubunda 38 yaşlı qadını döydülər

20 İyul 2017 18:39

Alimlərdən İNANILMAZ ARAŞDIRMA: sən demə, uşaqlar ana bətnində bunu...

20 İyul 2017 18:38

"Mançester Yunayted" bu il çempionluq mübarizəsi aparacaq"

20 İyul 2017 18:37

AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

20 İyul 2017 18:37

“Lenovo” innovativ konseptləri nümayiş olunub

20 İyul 2017 18:35

Külək qısa ətəkli modeli biabır etdi - FOTO

20 İyul 2017 18:32

İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2017 18:29

ABŞ-ın ikinci Quantanamo həbsxanası üzə çıxdı - Məhkumlar İŞİD terrorçularıdır? - FOTO

20 İyul 2017 18:27

“PSJ-nin Neymara ehtiyacı var” – Unai Emeri

20 İyul 2017 18:27

Elaqant işgüzar qadın obrazları - FOTO

20 İyul 2017 18:23

""İnter" əks-hücumlarda çox təhlükəlidi" - "Fola"nın baş məşqçisi

20 İyul 2017 18:22

Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər

20 İyul 2017 18:17

Qadın xəyanəti, kişi şiddəti, kasıblıq, qayınana... - AİLƏLƏR NİYƏ DAĞILIR?

20 İyul 2017 18:17

Azərbaycan Prezidenti Belçikalıların Kralına təbrik məktubu göndərib

20 İyul 2017 18:17

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

20 İyul 2017 18:17

Təranə şortikdə - FOTOlar

20 İyul 2017 18:12

Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

20 İyul 2017 18:12

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər

20 İyul 2017 18:12

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

20 İyul 2017 18:12

"Bozbash picrutes"in "Şirin"i üçün xoş gün - FOTO

20 İyul 2017 18:12

Sizcə kənd çolpası hansıdır?

20 İyul 2017 18:12

BƏƏ və Şimali Koreya arasında 100 milyon dollarlıq SİLAH TİCARƏTİ

20 İyul 2017 18:08

Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edib

20 İyul 2017 18:07

"Porsche" ilə qəza edən Əhəd Kərimov: "Rəis atamın pulu ilə ayaqqabı belə almamışam" - VİDEO

20 İyul 2017 18:05

Acun Şeyma ilə toyundan danışdı

20 İyul 2017 18:05

Cənubi azərbaycanlı məşhur müğənni İrəvanda konsert verəcək - FOTO

20 İyul 2017 18:03

Kiyevdə axtarışda olan Azərbaycan vətəndaşı 20 güllə yarasından həlak olub

20 İyul 2017 18:02

"WhatsApp"-dan növbəti

20 İyul 2017 17:59

İƏT donor ölkə kimi Azərbaycanın təşkilata üzv olan ölkələrdə fəaliyyətini təqdir edib

20 İyul 2017 17:57

""Milan"dan gələn bu fikirlər bizə qarşı hörmətsizlikdir"

20 İyul 2017 17:57

Bu vitamin çatışmazlığı körpələrdə ciddi xəstəliyə səbəb olur

20 İyul 2017 17:54

Rusiyadan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI: “Azərbaycan sürətli hücuma keçəcək və...”

20 İyul 2017 17:53

Ərinə “işinlə məşğul ol” dedi və ... – Bir qətlin TƏFƏRRÜATI

20 İyul 2017 17:52

Berlində QORXULU ANLAR: hava limanı boşaldılır

20 İyul 2017 17:52

Salyan sakinini canavar yedi

20 İyul 2017 17:50

Dindarların məhkəməsində DAVA - Hakimə ayaqqabı atdılar

20 İyul 2017 17:48

Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

20 İyul 2017 17:47

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində nəzarət auditi keçirilib

20 İyul 2017 17:47

Ququş Ermənistana gedir

20 İyul 2017 17:47

"Barselona" Neymara əvəzləyici tapdı

20 İyul 2017 17:47

Roman Qriqorçuklu "Qəbələ"nin 30-cu sınağı

20 İyul 2017 17:42

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

20 İyul 2017 17:38

Xəzərdə çimmək qadağan edildi - İranda

20 İyul 2017 17:37