Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı milyarder 1,2 milyard dollar itirdi

Azərbaycanlı milyarder 1,2 milyard dollar itirdi

Date: 29 December 2015 22:47

ABŞ-ın "Bloomberg" agentliyi geridə qoyacağımız 2015-ci ildə dünya milyarderlərinin itirdiyi maliyyə vəsaitlərinin miqdarını hesablayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov bu il 1,2 milyard dollar itirib.

"Bloomberg"in məlumatına görə, Ələkbərovun sərvəti 8,1 milyard dollardan 6,9 milyarda düşüb. O, hazırda Rusiyanın 13-cü, dünyanın isə 176-cı ən zəngin biznesmenidir.

Ümumilikdə, 2015-c ildə Rusiyanın 19 ən zəngin biznesmeni 8 milyard dollar vəsait itirib. Ən çox pul itkisi ilə "Renovi" şirkətinin sahibi Viktor Vekselberq (1,6 milyard dollar) üzləşib.

Dünyanın ən zəngin 400 milyarderi 2015-ci ildə ümumilikdə 19 milyard dollar zərər görüb.
Milli.Az


Tags:  Azərbaycanlı milyarder milyard dollar itirdi


RƏYLƏR


Top news