Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntihar etmək istədi, ayağını güllələdi

İntihar etmək istədi, ayağını güllələdi

Date: 29 December 2015 23:04

Ağcabədidə 52 yaşlı kişi ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, Ağcabədi rayon Poladlı kənd sakini Cəfərov Elman Cəfərqulu oğlu, sol ayağının topuq nahiyəsindən deşilmiş güllə yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra, yaralı Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.

 

APA-nın əməkdaşının əldə etdiyi məlumata görə, E. Cəfərov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına ilkin ifadəsində intihar etmək istədiyini deyib.

 

 

Hüquq mühafizəçiləri hadisənin təfərrüatlarını araşdırır.


Tags:  İntihar etmək istədi ayağını güllələdi

RƏYLƏR


Top news