Köhnə deputatlarla təzələrin fərqi (VİDEO)

Köhnə deputatlarla təzələrin fərqi (VİDEO)
23:16 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilə Azərbaycanda həm də parlament seçkiləri ili kimi yadda qaldı. Və yeni seçilən parlament artıq bir neçə iclasını da keçirib. Və bugünkü iclasında da bir çox mühüm məsələlər müzakirə olunub.

Millət vəkili Fazil Mustafa “Nəzər Nöqtəsi”ndə bəzi məsələlər aydınlıq gətirib.

- Fazil müəllim, Milli Məclisdə kreslolar köhnə olsa da, kreslolarda əyləşən bir xeyli millət vəkilimiz yenidir. Yeni parlament ilə köhnə parlament arasında bir fərq görürsünüzmü?


– Əslində, əsaslı bir dəyişiklik yoxdur. Hardasa 25 nəfər yeni millət vəkili var. Bir daha qeyd edim ki, mahiyyətcə ciddi bir dəyişikliki yoxdur. Çünki parlamentin fəaliyyət göstərdiyi müddət bir aydan artıq deyil. Ona görə də hələlik, tam varlığı ilə özünü göstərə bilməyib.

- Fazil müəllim, həmkarınız Zahid Oruc ötən iclasda qeyd edib ki, artıq ikinci iclasımızı keçirmişik və bəzi millət vəkillərimiz deyir ki, yorulduq. Parlamentimizin belə tez yorulmağı qorxulu deyil ki?

- Əslində, bu yorulmaq görünür bir qədər eyni yerdə çox oturanda insanlar özlərini daha tez yorğun hiss edirlər. Dinamik ölkə həyatı ilə maraqlanan, ölkə həyatının dəyişimi, yaxşıya doğru irəliləyişinə çalışan insanlar üçün yorğunluq anlayışı yoxdur. Yəni daha çox çalışmaq, daha faydalı qanunlar qəbul etmək lazımdır ki, insanlara müəyyən dərəcədə sosial və həyat şərtlərini yügülləşdirən tövhə vermək mümkün olsun.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR