Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müalicəvi cirə çayı

Müalicəvi cirə çayı

Date: 29 December 2015 23:22

Cirə tanınmış ədviyyatdır. Cirə dünyanın bir çox mətbəxlərində isti xörəklərin, şirniyyatların, müxtəlif içkilərin hazırlanmasında geniş istifadə olunur.

Bundan əlavə cirə çox güclü müalicəvi xüsusiyyətlərə malikdir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, cirədən çox dadlı müalicəvi çay hazırlamaq olar. Bu çay:
- Oskürək və bronxit zamanı bəlğəmgətirici, iltihabəleyhinə və antiseptik təsir edir, nəfəs yolları çox yaxşı təmizləyir və genişləndirir.
- Bağırsaqlarda köpü, spazmı və ağrıları azaldır, bağırsaqların hərəkətliliyini artırır, qəbizliklə mübarizə edir, həzmi və iştahanı yaxşılaşdırır.
- Qara ciyərin və öd kisəsinin funksiyasını yaxşılaşdırır.
- Əmizdirən analarda laktasiyanı yaxşılaşdırır.
- Baş ağrıları azaldır, sakitləşdirici təsir edir.
- Sidikqovucu təsir edir, sidik yolları təmizləyir.
- Qədimdə cirə kişilərdə impotensiyanın müalicəsində istifadə olunurdu.
- Cirə menstruasiya zamanı ağrıları və spazmı azaldır.
- Orqanizmi təmizləyir, arıqlamağa kömək edir.
- İmmun sisteminə müsbət təsir edir.
Cirədən müalicəvi çay hazırlamaq üçün 2 çay qaşığı cirə qəhvəüyüdəndə üyüdülür, termosda 1/2 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra adi çay kimi gün ərzində içilir. Çaya zövqə görə limon, bal əlavə etmək olar. 
Nəzərinizə çatdıraq ki, cirə çayı sidikqovucu təsirə malikdir və bu səbəbdən onu daim içmək olmaz. Həmçinin xroniki mədə-bağırsaq sistemi xəstəlikləri, hamiləlik zamanı bu çayı içmək tövsiyə edilmir. 
Milli.Az


Tags:  Müalicəvi cirə çayı

RƏYLƏR


Top news