Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paytaxtda "Mercedes" yandı

Paytaxtda "Mercedes" yandı

Date: 29 December 2015 23:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri  avtomobilin yanmasının qarşısını alıb. APA-nın məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Zabratdan şəhər istiqamətində hərəkətdə olan "90 TD 305" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil qəfil tüstülənib. Sürücü dərhal avtomobili tərk edərək Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xidmətinə zəng vuraraq məlumat verib. Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürənlər  maşının mühərrik hissəsindəki tüstülənmənin qarşısını alaraq, avtomobilin yanmasına imkan verməyiblər.

 

Avtomobil daha sonra evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 






Tags:  Paytaxtda Mercedes yandı

RƏYLƏR


Top news