Özcan Dəniz Röyaya: “Dostumsan, yoxsa sevgilim?”

Özcan Dəniz Röyaya: “Dostumsan, yoxsa sevgilim?”
23:42 29 Dekabr 2015
191 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Özcan Dəniz Röya Ayxanın "Dostumsan, yoxsa sevgilim" mahnısını oxumaq istəyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,  bu haqda bəstənin müəllifi Nazim Məmmədov məlumat verib:

"Məclislərin birində Özcan mahnını oxuyub, telefonla videoya da çəkiblər".

R.Ayxan da məsələ ilə bağlı fikrini bölüşüb:

"Mənim üçün xoşdur ki, Özcan mahnımı oxuyacaq. Nazimin mahnını satmağından xəbərim yox idi. Olsa da, etiraz etməzdim. Nazim onun bəstəkarıdır, buna haqqı var. Musiqidə sərhəd yoxdur.  Mənə gəlincə, tərbiyəli şəkildə istəyərlərsə, ürəyimi də verərəm. Özcan oxusa da, mahnı mənimdir. O, bu mahnını yalnız Türkiyədə oxuya bilər. Bakıda isə, oxuya bilməz".
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR