Ardanın "Barselona"da seçdiyi nömrə (FOTO)

Ardanın "Barselona"da seçdiyi nömrə (FOTO)
00:56 30 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Yaxınlarda "Barselona"da debütü gözlənilən Arda Turanın yeni klubunda hansı nömrəli forma ilə çıxış edəcəyi bəlli olub.

ANS PRESS-in məlumatına görə, Arda yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək.

7 nömrəli forma Kataloniya təmsillçisindən "Çelsi"yə transfer olunan Pedroya məxsus idi. Yanvarın 6-da "Nou Kamp"da dünya türklərini qürurlandıracaq hadisə baş verəcək. Ardanın yanvarın 6-da Kral Kuboku çərçivəsində "Espanyol"a qarşı keçiriləcək oyunda debüt etməsi gözlənilir. Məhz həmin gün Arda Turan dünyanın ən güclü klub komandası "Barselona"nın heyətində meydana çıxacaq. İspaniya kuboku çərçivəsində keçiriləcək "Barselona" - "Espanyol" qarşılaşmasını bu səbəbdən maraqla gözləyənlərin sayı yetərincədi.


Arda Turan

Təsadüfi deyil ki, futbolçu özü də həmin günü səbrsizliklə gözlədiyini və həyəcanlandığını etiraf edib: "Hər gün üç dəfə məşq edirəm. Bununla da fiziki formamı yaxşı vəziyyətdə saxlamağa çalışıram. Hansı hisslər keçirdiyimiz sözlə ifadə etmək çox çətindir. Bu, inanılmaz duyğulardır. Çox həyəcanlıyam. Güman ki, oyunun gedişində bundan da həyəcanlı olacağam. Belə möhtəşəm oyunda meydana çıxacağımı düşünəndə ayaqlarım əsir. Hiss edirəm ki, komanda yoldaşlarım da mənimlə eyni həyəcanı paylaşırlar. Qısa müddətdə onların hamısıyla dostlaşmışam. Məni bağırlarına basırlar. "Barselona" inanılmaz dərəcədə möhtəşəm klubdu və hər bir futbolçusuna qucaq açır".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR