İsmayıllıda fiziki qüsurlu uşaqlar bayram sevinci yaşayıb

İsmayıllıda fiziki qüsurlu uşaqlar bayram sevinci yaşayıb
01:08 30 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 30 dekabr, AZƏRTAC
İsmayıllıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət sarayında təşkil olunan tədbirdə valideynləri ilə birgə 60 nəfərədək əlil uşaq iştirak edib.
Həmrəylik günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova fiziki qüsurlu əlil uşaqlara, onların valideynlərinə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə uşaq incəsənət məktəbinin şagirdləri zəngin konsert proqramı ilə çıxış ediblər.1 saylı uşaq bağçasının balaca sakinləri tərəfindən səhnələşdirilən “Meyvələrin söhbəti” nağılı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda fiziki qüsurlu uşaqlara bayram hədiyyələri verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillida_fiziki_qusurlu_usaqlar_bayram_sevinci_yasayib-915449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR