İlham Əliyev yolka qurdu (FOTO)

İlham Əliyev yolka qurdu (FOTO)
01:11 30 Dekabr 2015
233 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə başçısı İlham Əliyev və ailəsi Yeni il bayramına hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bayramla əlaqədar prezident və xanımı Mehriban Əliyeva evində yolka bəzəyib. Bu barədə dövlət başçısının böyük qızı Leyla Əliyeva sosial şəbəkəsdə foto paylaşıb. Şəkilldə Əliyevlər ailəsinin üzvləri yer alıb. Şəkildə İlham Əliyevə yolka qurmaq işində həyat yoldaşı Mehriban Əliyeva köməklik göstərir.



Bir qədər əvvəl dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atası, prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik etmişdi. Leyla Əliyeva təbrikini "İnstaqram" səhifəsində yazıb:

"Əziz Ata! Öz adımdan demək istəyirəm ki, çox xoşbəxtəm ki, mənim belə atam var. Yəqin hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir".





Ali Baş Komandan 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 2003-cü ildən Azərbaycan Republikasının Prezidentidir.

İ.Əliyevin üç övladı, üç nəvəsi var. Onlardan ikisi - Əli və Mikayıl böyük qızı Leyla Əliyevanın övladlarıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR