Yaponiyada Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Yaponiyada Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
01:22 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Yaponiyadakı səfirliyində tədbir keçirilib.
"Report"un Azərbaycanın Yaponiyadakı səfirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, ilk öncə səfir Gürsel İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı soydaşlarımıza ünvanladığı təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən G.İsmayılzadə Azərbaycan xalqının birliyinin, milli mənəvi dəyərlərinə ehtiramının və Vətənə sədaqətinin ifadəsi kimi hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edildiyini, bu bayramın Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini söyləyib.
Tədbirdə Yaponiyada yaşayan və təhsil alan soydaşlarımız və onların ailə üzvləri iştirak edib.




Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/yaponiyada-dunya-azerbaycanlilarin-hemreyliyi-gunu-munasibetile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR