​Güclü qar və şaxta Meksikanı iflic edib

​Güclü qar və şaxta Meksikanı iflic edib
02:42 30 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Federal hakimiyyətə müraciət edən Meksikanın şimalında yerləşən Çiuaua ştatının rəhbərliyi güclü şaxta səbəbindən fövqəladə rejim elan edilməsini xahiş edib.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, aramsız yağan qar nəticəsində bir çox yollar bağlanıb, turistik rayon sayılan Basaseaçi şəlaləsi yaxınlığında 60-dək avtomobil hərəkətsiz qalıb.
Çiuaua ştatı həmçinin şaxta qeydə alınan zonada olan 300 min. nəfərə isti geyim, yorğanların və tikinti materiallarının alınması üçün maddi yardım ayrılmasını xahiş edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/guclu-qar-ve-saxta-meksikani-iflic-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR