Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda bıçaqlanan gənc avtobusla xəstəxanaya gəldi

Bakıda bıçaqlanan gənc avtobusla xəstəxanaya gəldi

ABŞ-da qatar avtobusla toqquşdu, ölənlər var (08 Mart 2017 03:29)
Bakıda avtomobil gənc qızı vurub (24 Fevral 2017 09:47)
Rusiyalı gimnast: "Azərbaycanda çıxış etmək mənim çox xoşuma gəldi" (18 Fevral 2017 18:37)

Tarix: 30 Dekabr 2015 04:29

Nizami rayonunda ötən axşam bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Ticarət mərkəzlərinin birinin qarşısında 24 yaşlı Vladislav Levski bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib. Yaralı dərhal müayinə olunaraq əməliyyata götürülüb. Müayinə zamanı yaralıya 4 bıçaq xəsarətinin vurulduğu məlum olub.

 

Sabunçu xəstəxanasının həkim-cərrahı Rasim Abdurəhimovun sözlərinə görə, xəstənin bədənində kəsilmiş-deşilmiş yaralar olub: "Qarının ön divarında, sağ bud, sol bel və sol bazu nahiyəsindəki yaralara birinci cərrahi müdaxilə edildi. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundur".

 

Hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.


Teqlər:  Bakıda bıçaqlanan gənc avtobusla xəstəxanaya gəldi



RƏYLƏR


Top xəbərlər