Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü konsertlə qeyd olunub

Özbəkistanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü konsertlə qeyd olunub
05:02 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Özbəkistanın məşhur "Soqdiana" xalq çalığı alətləri Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, Özbəkistandakı azərbaycanlılar, çoxsaylı mötəbər qonaqlar, mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə bütün qonaqları, Özbəkistandakı azərbaycanlıları təbrik edib. Səfir 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edildiyini və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Daha sonra konsert Üzeyir Hacıbəyovun "Koroğlu" üverturası ilə başlayıb. Konsertdə həmçinin Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. 








Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ozbekistanda-dunya-azerbaycanlilarin-hemreylik-gunu-konsertle-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR