KTMT 2016-cı il üçün əsas vəzifələrini elan etdi

KTMT  2016-cı il üçün əsas vəzifələrini elan etdi
05:19 30 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması və KTMT-nin Böhran Mərkəzinin yaradılması təşkilatın 2016-cı il üçün prioritet vəzifələri olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.  

 

“Təşkilatın 2016-cı il üçün prioritet vəzifələri sırasına KTMT-ə üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması, KTMT-nin Böhran Mərkəzinin yaradılması, hərbi əməkdaşlığın genişləndirilməsi və terrorçuluqla və üzv dövlətlərin kollektiv təhlükəsizliyinin digər çağırışları ilə mübarizə üzrə fəaliyyətin əlaqələndirilməsi kimi məsələlər daxildir. Həmçinin, regional təşkilat olan KTMT-nin rolunu daha da möhkəmləndirmək və KTMT-nin  BMT, ATƏT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini genişləndirmək niyyətindəyik”, deyə məlumatda qeyd olunur.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR