Gülay “Qızıl qələm” mükafatı aldı

Gülay “Qızıl qələm” mükafatı aldı
07:27 30 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı Gülay Hüseynova "Qızıl qələm" mükafatına layiq görülüb.
 
Milli.Az axar.az-a istinadən xəbər verir ki, ilin ən səs-küylü kitabının müəllifi, aktrisa Gülay Hüseynova "Qızıl qələm" fəxri media mükafatına layiq görülüb.
 
Ötən həftə "Əli və Nino" kitab mağazaları şəbəkəsi və "Qanun Nəşrlər Evi"nin təqdim etdiyi 2015-ci ilin yekun hesabatına əsasən, Gülay Hüseynovanın "P.S. Zatən boyun da küçüktü..." kitabı ilin ən çox satılan kitabı elan edilib.
 
Bu münasibətlə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyətinin "Intervyü" - "Intervyü-Xəbər" nəşr evinin keçirdiyi ictimai sorğu əsasında qəbul etdiyi qərarı ilə Gülay Hüseynova ədəbiyyatın inkişafındakı xidmətlərinə görə "Qızıl qələm" Fəxri Media Mükafatı Diplomu ilə təltif edilib.
 
Qeyd edək ki, Gülay Hüseynovanın aprel ayında türk dilində nəşr edilən, romantik komediya janrında yazdığı ilk kitabı - "P.S. Zatən boyun da küçüktü..." satışa çıxdığı gündən kitab mağazalarında aylarla bestseller rəfinin birincisi olaraq satış rekordu qırmışdı.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR