Azərbaycanda böyük endirimlər - VİDEO

Azərbaycanda böyük endirimlər - VİDEO
07:52 30 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Bayram ərəfəsində turizm obyektləri qiymətlərdə endirimlər ediblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, cənub bölgəsində turizm obyektləri Yeni il öncəsində daha çox turist cəlb etmək üçün qiymətlərdə endirimlər ediblər.

Obyekt sahiblərinin sözlərinə görə, müstərilərə əvvəlki illərlə müqayisədə daha ucuz paketlər təqdim edirlər. Bu da həm bölgədə otellərin rəqabət qabiliyyətini artırır, həm də xarici səfərləri təxirə salan azərbaycanlı turistlərə daxili turizm xidmətlərindən istifadəyə imkan verir.

Turizm obyektinin rəhbəri İsmayıl Kahramanın sözlərinə görə, bayramla əlaqədar bayram süfrələrimizdə qiymətlər bir nəfər üçün 40 manat, amma 3 günlük paket alanlar üçün isə iki nəfərlik 70 manatdır.

"Adambaşı 40-35 manat bayram tədbiri də daxil olmaqla. Oteldə yerləşdirmək, 3 dəfə qidalandırmaq. Bu qiymətə başa gəlir", - deyə menecer Elman Əliyev qeyd edib.

Lənkəranın turizm obyektlərində Yeni ili keçirmək üçün yer sifariş edənlər əsasən paytaxt Bakıdan ailəvi istirahətə üstünlük verənlərdir.

Eyni zamanda sahibkarlar yerli turistlərlə yanaşı əcnəbiləri də bölgəyə daha çox cəlb etməyə calışırlar.

Hələlik xarici ölkələrdən sifarişlər almasalar da obyekt sahibləri endirimlərdən sonra son iki gündə sifarişlərin olacağına ümid edirlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR