İtkin düşənlərin qohumlar "Günəşli"də - VİDEO

İtkin düşənlərin qohumlar "Günəşli"də  - VİDEO
08:05 30 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş yanğından sonra itkin düşənlərin axtarışı prosesində bu gün neftçilərin ailləri də iştirak ediblər.

Milli.Az anspress-ə istinadən bildirir ki, uçuşu Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyilə birgə təşkil etmişdi.

Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri təxminən 45 dəqiqə ərzində "Günəşli" yatağının 10-cu platforması üzərində dövrə vurdular.

Hava küləkli olduğunda helikopterin platformaya enməsi mümkün olmadı. Ona görə də itkin düşənlərin ailə üzvlərinə elə helikopterdə olarkən axtış əməliyyat tədbirlərilə bağlı məlumat verildi.

Platforma isə hələ də yanmaqda davam edirdi. Baxmayaraq ki, 24 saat quyunun söndürülməsi üçün gəmidən su vurulur.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən 4 helikopter axtarışlara cəlb olunmuşdur. Eyni zamanda gəmilərimiz sahil boyu axtarışları davam etdirir. Qeyd edim ki, bu axtarışlara Dövlət Sərhəd Xidmətinin həm helikopterləri, həm də gəmiləri cəlb olunmuşdur. Havanı qeyri-sabit keçməsinə baxmayaraq bu günə qədər axtarış-xilasetmə işləri dayandırılmayıb. Biz hər gün axtarış-xilasetmə işlərini həyata keçiririk", - deyə fövqəladə hallar nazirini müavini Etibar Mirzəyev bildirib.

"Günəşli" yatağının 10-cu platformasında həlak olan və itkin düşənlərin ailələrinə əlavə 5 min manat da veriləcək.

"Dövlət tərəfindən ayırılan 15 min manat kompensasiya dünən bütün ailələrə təqdim edildi. Bundan başqa min manat Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyası verib. Daha sonra min manat Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi köməklik göstərib. Dünən isə Dövlət Neft Şirkətinin rəhbərliyi hər bir ailəyə əlavə 5 min manat kompensasiyanın verilməsi ilə bağlı qərar verdi. Sabahdan etibarən kompensasiyanın ödənilməsinə başlanılacaq", - deyə Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov qeyd edib.

Dövlət Neft Şirkətinin rəsmisi onu da əlavə etdi ki, quyunun tam olaraq söndürülməsinə platformada bərpa işləri bitəndən sonra başlanılacaq.

Xatırladaq ki, "Günəşli" yatağının 10-cu platformasında yanğın hadisəsi dekabrın 4-də baş vermişdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR