Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur banka milyonlarla dollarlıq cərimə

Məşhur banka milyonlarla dollarlıq cərimə

Tarix: 30 Dekabr 2015 08:05

ABŞ höküməti Britaniyanın və dünyanın ən iri maliyyə konqlameratlarından sayılan "Barclays" investisiya bankını amerikalı müştərilərlə əlverişsiz əqdlər bağladığına görə, külli miqdarda cərimələyib.

Milli.Az anspress-ə istinadən bildirir ki, ABŞ-ın Maliyyə və Sənaye sektoruna Nəzarət Xidmətinin ittihamına əsasən, şirkət müştəriləri əlverişsiz olan qarşılıq investisiya fondlarına qoşulmağa təhrik edib. Buna görə, qurum "Barclays"in ziyan çəkmiş müştərilərə 10 milyon dollar həcmində təzminat ödəyəcəyi barədə qərar çıxarıb.

İnvestisiya bankı eyni zamanda 3.7 milyon dollar məbləğində cərimə ödəməli olacaq. Nəzarət Xidmətinə görə, "Barclays" 2010 - 2015-ci illər ərzində lazım olan prosedurları həyata keçirmədiyindən çox sayda müştəri daha əlverişsiz qarşılıqlı fondlara keçib. Bankın rəhbərliyi, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
Milli.Az


Teqlər:  Məşhur banka milyonlarla dollarlıq cərimə



RƏYLƏR


Top xəbərlər