Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nefti Səudiyyə Ərəbistanı ucuzlaşdırır

Nefti Səudiyyə Ərəbistanı ucuzlaşdırır

Date: 30 December 2015 08:05

Rusiya energetika naziri Aleksandr Novak neftin qiymətinin aşağı düşməsində öz neft ixracatını artıran Səudiyyə Ərtəbistanını günahlandırıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Aleksandır Novak Səudiyyə Ərəbistanının neft ixracatını bu il 1.5 milyon barel artıraraq, neft bazarındakı sabitliyi pozduğunu bildirib.

Gələn ilin ikinci yarısında neft bazarında tarazlığın yaranacağına inandığını söyləyən nazir "İranın qoyduğu sanksiyaları aradan qaldıracağı təqdirdə neft hasilatının artması bazarlara öz təsirini göstərəcək" deyə əlavə edib.

Keçən həftə Brent markalı neftin bir barelinin qiyməti 2004-cü ildən bu yana ən aşağı qiymətinə enib.

Hazırda bazarlarda "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq 37.30 dollara qalxıb.

"Texas" markalı neftin qiyməti də dünənki göstəricilərdən üstündür. Belə ki, birjalarda hazırda "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 37.21 dollardır.

"AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq 38,05 dollar təşkil edib.
Milli.Az


Tags:  Nefti Səudiyyə Ərəbistanı ucuzlaşdırır


RƏYLƏR


Top news