Neft bahalaşmağa başladı

Neft bahalaşmağa başladı
08:12 30 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az anspress-ə istinadən bildirir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq 37.30 dollara qalxıb.

"Texas" markalı neftin qiyməti də dünənki göstəricilərdən üstündür. Belə ki, birjalarda hazırda "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 37.21 dollardır.

"AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq 38,05 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,37 dollar olub. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının dünənə olan rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5578 AZN, 1 avro 1.7094 AZN, 1 rubl 0.0216 AZN.


Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/394184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR