Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gəncədə gənclərarası bilik olimpiadası keçirilib

Gəncədə gənclərarası bilik olimpiadası keçirilib

Date: 30 December 2015 08:34

Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Bilik qiymətləndirilir” gənclərarası bilik olimpiadası keçirilib.

 

28 dekabr 2015-ci il tarixində Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bilik qiymətləndirilir” gənclərarası bilik olimpiadası keçirilib. Gənclər Fondundan Lent.az-a verilən xəbərə görə, layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını  inkişaf etdirmək yolunda mühüm addımların atılması olub. Elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin etmək müəyyən olunub.

 

İlk öncə komandalar arasında seçim turu olub. Sonra isə final mərhələsi keçirilib.

 

Olimpiadada Azərbaycan Texnologiya Universitetinin “Genius” komandası qalib gəlib.

 

Olimpiadanın qalibləri kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

 

Layihədə iştirak edən hər bir gəncə sertifikat verilib.









Tags:  Gəncədə gənclərarası bilik olimpiadası keçirilib

RƏYLƏR


Top news