İŞİD-in 10 lideri məhv olundu

İŞİD-in 10 lideri məhv olundu
08:42 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib.
 
Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib.    
 
Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə  silahlı məhv edilib: "Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar".  
 
Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf  edib: "Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir".  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR