“The Blood of Karabakh” – “Qarabağ Qanı” filminin təqdimatı oldu

“The Blood of Karabakh” – “Qarabağ Qanı”  filminin təqdimatı oldu
08:44 30 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 29-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı və Avrasiya Prodakşn tərəfindən “The Blood of Karabakh” layihəsi çərçivəsində sənədli filmin təqdimat mərasimi keçirilib.

 

“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən Lent.az-a verilən xəbərə görə, təqdimat mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev, "Qəbələ" İdman Klubunun boks bölməsinin rəhbəri, peşəkar boksçu Fariz Məmmədov, Qarabağ qaziləri və müharibə iştirakçıları, gənclər təşkilatlarının və media nümayəndələri iştirak edib.

 

“The Blood of Karabakh” adlı sənədli filmin hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, beynəlxalq aləmdə Qarabağda baş verən tarixi hadisələrə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı tarixin yaddaşlardan silinməməsi üçün film şəklində yaddaşda saxlanılmasına xidmət göstərməkdən ibarətdir.

 

Layihə rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə layihə Qarabağda olan tarixi döyüşləri və azərbaycanlılara qarşı soyqırımları, erməni təcavüzünü əks etdirən xarici auditoriyalara hesablanmış ingilis dilində qısametrajlı film hazırlanmasından ibarətdir. Tarixi faktlara əsaslanaraq hazırlanması nəzərdə tutulan film məhz ingilis dilində olmasının əsas məqsədi Qarabağın qanlı tarixini, problemini dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraq. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq azərbaycanlı gənclərin daha da fəal iştirakını təmin etmək üçün onların vasitəsilə yaşadıqları, oxuduqları ölkələrdə bu filmin təbliğ edilməsi üçün daim birgə fəaliyyətə cəlb etməkdən ibarətdir.

 

Qeyd edək ki, “The Blood of Karabakh” filminin çəkilişləri zamanı Qarabağ müharibəsi iştirakçılarından, Qarabağ qazilərdən və tarixçilərdən müsahibə götürülüb. Müsahibələrdə  tarix elmləri namizədi Əziz Boran, 1-ci qrup Qarabağ qazisi Firudin Məmmədov, paralimpiya oyunları çempionu, 1-ci qrup Qarabağ qazisi İlham Zəkiyev və 1-ci qrup Qarabağ qazisi İlham Məhərrəmov iştirak edib.

 

Filmin Ssenari müəllifi Rey Kərimoğluya, Rejissoru Nicat Cəlilov, Montajı Kənan İbrahimov, mətnlərin səsləndirilməsi  Elxan Rzaya və tərcümə Səma İsalıya aiddir.










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR