Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şaxta baba"lar 7 avtomobilə od vurdular

"Şaxta baba"lar 7 avtomobilə od vurdular

Date: 30 December 2015 09:12

Sankt-Peterburqda Yeni il ərəfəsində "əylənmək" istəyən naməlum şəxslər Pulkovsk küçəsində 7 avtomobili yandırıb.

"Report" xəbər verir ki, müşahidə kameraları cinayətin necə baş verdiyini lentə alıb. Dekabrın 28-də gecə saatlarında başlarına Şaxta Baba papağı keçirmiş iki şəxs maşınlara yaxınlaşaraq, üzərlərinə tez alışan məhlul tökərək od vurub. Üç avtomobil dərhal alışıb, yaxınlıqda olan daha 4 maşına isə qismən ziyan dəyib. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. 

Milli.Az


Tags:  Şaxta babalar avtomobilə od vurdular


RƏYLƏR


Top news