İstanbuldan Azərbaycana reyslər təxirə düşdü (CƏDVƏL)

İstanbuldan Azərbaycana reyslər təxirə düşdü (CƏDVƏL)
09:31 30 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. ANS PRESS-in məlumatına görə, təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuş da var.

Türk Hava Yollarının (THY) rəsmi səhifəsində yerləşdirilən elanda bu barədə qeyd edilib: "Hörmətli sərnişinlər, İstanbulda dekabrın 30-da başlayacaq qar yağışı 31-də güclənəcək. Bu səbəblə də İstanbul Atatürk və Sabiha Gökçen Hava limanlarından yüklənməni azaltmaq üçün aşağıdakı reyslər təxirə salınıb.

30 dekabr - Atatürk hava limanı - Bişkek, Sofiya, Tehran, Ankara, Konya, Amasya.
31 dekabr - Sabiha Gökçen hava limanı - Ankara, Trabzon, Konya, Diyarbakır, Erzurum, İzmir, Antalya.

31 dekabr - Atatürk hava limanı - Mardin, Elazığ, Ağrı, Iğdır, Van, Sivas, Erzurum, Muş, Batman, Mardin, Adıyaman, Amasya, Sinop, İzmir.

31 dekabr - Atatürk aeroportu - Almati, Kabil, Basra, Milan, Bakı, Venesiya, Hamburq, Münhen, Brussel, Batman, Düsseldorf, Kazan, Naxçıvan, Gəncə, Sürix, Riqa, Tiflis, Bişkek, Ulan Bator, Köln, Təl Əviv, Lissabon, Tallin, Ştuttqart, Küveyt, Rotterdam, Oslo".

Sərnişinlərdən uçuşdan öncə hava alimanlaçrı ilə əlaqə saxlamaq xahiş edilib.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR