Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədən Azərbaycana uçuşlar təxirə salındı

Türkiyədən Azərbaycana uçuşlar təxirə salındı

Date: 30 December 2015 09:54

İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb

Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

 

“APA-Economcs”in Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.

 

Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

 

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.


Tags:  Türkiyədən Azərbaycana uçuşlar təxirə salındı

RƏYLƏR


Top news