Britaniyanın şimalı su içində: 10 milyard dollarlıq ziyan - FOTO

Britaniyanın şimalı su içində: 10 milyard dollarlıq ziyan - FOTO
10:05 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın şimal-qərbində dekabrın əvvəlindən səngimək bilməyən güclü yağışlar və qasırğaların yaratdığı daşqınlarla sellər ölkə iqtisadiyyatına böyük zərər vurub. 60 min evi su basıb. Əpplbi qəsəbəsindən minə yaxın sakin təxliyyə olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən regionda yenə leysan yağışlar və qasırğa olub. Nəticədə Kambriya qraflığındakı şəhər və qəsəbələrdə 7 min ev işıqsız, istiliksiz qalıb.
Fəlakət zonasında xilasetmə işləri aparmaq üçün 600 hərbçi göndərilib.

Su basmış Kambriya və Yorkşir qraflıqlarında yeni daşqınlar gözlənilir. Şotlandiyanın mərkəzi bölgələri və Şimali İrlandiyada da leysan yağışları təxminlənir.
Bu günlərdə Şimali Yorkşir qraflığındakı kiçik Tadkaster şəhərində 18-ci əsrə aid körpü uçub. İngiltərənin ən qədim şəhərlərindən biri Yorkda "Vikinqlər Muzeyi"ni də su basıb. 

Britaniyanın baş naziri Devid Kemeron təbii fəlakətdən ziyan çəkmiş vətəndaşlara və sahibkarlara ilkin yardım məqsədilə büdcədən 50 milyon funt-sterlinqin ayrılması barədə göstəriş imzalayıb.
Bundan başqa, sel və daşqınlardan zərər çəkmiş infrastrukturun bərpası üçün yaxın 4 il ərzində büdcədən 2,3 milyard funt-sterlinq ayrılacaq. 
Ekspertlərin hesablamalarına görə, Britaniyanın şimal-qərbindəki sel və daşqınlar ölkə iqtisadiyyatına təqribən 6 milyard funt-sterlinq həcmində ziyan vurub.
 

Milli.Az




































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR