Maliyyə nazirinə yumurtalı hücum

Maliyyə nazirinə yumurtalı hücum
10:11 30 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Kosovanın maliyyə naziri Blerand Stavileci Priştinada müxalifət partiyası olan "Vetvendosye" hərəkatı üzvlərinin yumurtalı hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, mühafizəçiləri ilə bərabər şəhər mərkəzində olan nazir Stavileci telefonla danışdığı yerdə iki etirazçı onun yanına yaxınlaşaraq nazirin üzərinə yumurta atıb. Nazirin mühafizəçiləri hərəkat üzvlərini tutmağa çalışsalar da fəallar qaçaraq aradan çıxıblar.


Blerand Stavileci Kosovanın Maliyyə Naziri

Vetvendosye hərəkatının başçısı fəalların etdiyi bu hərəkətə münasibət bildirib. "Ölkəni pis vəziyyətə salan nazirə qarşı səssiz qala bilməzdik. Kosovanın ərazi bütövlüyü təhlükə vəziyyətində olduğu halda heç bir şey etmədən dayana bilmərik".



Bir müddət əvvəl Avropa Birliyinin vasitəçilik etdiyi Kosovo ilə Serbiya arasında dialoq zamanı müxalifətdən olan millət vəkili İsa Mustafa da yumurta yağışına tutulmuşdu.


Kosovo baş naziri İsa Mustafaya parlamentdə yumurtalı etiraz

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR