​Çin yuanının 2016-cı ildə 5% devalvasiya olacağı proqnozlaşdırılır

10:22 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Devalvasiya qərarının səbəbləri məlumdur: ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırarkən, ÇXB iqtisadiyyatı dirçəltmək üçün faizləri aşağı salır. Həmçinin, ÇXB valyuta ehtiyatlarının hamısını xərcləmək istəmir. Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2015-ci il dekabrın 1-nə 3,43 trln. dollar təşkil edib. Çinin valyuta ehtiyatları bu ilin aprel ayında 4 trln. dollar olmaqla maksimal həddə çatıb. Yəni, son 8 ayda ehtiyatlar 14% azalıb. 
İnvestorlar birdəfəlik 10% devalvasiya gözləsələr də bu ehtimal bir qədər uzaq görünür. Çünki, 2016-cı ilin sentyabr ayında Çində Böyük 20-lik ölkələrinin (G-20) sammiti keçiriləcək.Çin bu sammit ərəfəsində milli valyutasını aqressiv devalvasiya edərək tərəfdaş ölkələrin iradlarına səbəb olmaq istəməz. İnvestorlar ÇXB-nin 2016-cı ildə yuanı tədricən və maksimum 5% devalvasiya edəcəyini proqnozlaşdırırlar. Yuanın kəskin zəiflədilməsi Çinə də sərf etmir. Çünki bu ölkənin xarici borclarının çoxu ABŞ dollarındadır. Lakin investorlar tədrici devalvasiyanın Çinin valyuta ehtiyatlarının əriməsinə səbəb olacağını istisna etmirlər. Onlar tədrici devalvasiya nəticəsində 2016-cı ilin ortalarına qədər valyuta ehtiyatlarının 3 trln. dollardan aşağı düşəcəyini bildirirlər. Bu da təşvişə səbəb ola və yuanın kəskin devalvasiyasını zəruriləşdirə bilər. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cin-yuaninin-2016-ci-ilde-5-devalvasiya-olacagi-proqnozlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR