DSX və gömrük rəhbərləri "Sınıq-Körpü"də olub

DSX və gömrük rəhbərləri "Sınıq-Körpü"də olub
10:29 30 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitə­sinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində olub.

 

Lent.az DSX-nın mətbut xidmətinə istinadən xəbərt verir ki, general-polkovnik Elçin Quliyev  və gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyətini yoxlayıb, dövlət sərhədindən keçən şəxslərlə söhbət edib və sərhəddən keçərkən üzləşdikləri problemlərlə maraqlanıblar. Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə birgə xidməti müşavirə keçirilib və vəzifəli şəxslərin məruzələri dinlənilib. Xidməti müşavirə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunub, şəxslərin və nəqliyyat  vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləş­dirilməsi, dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR