Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha beş nəfər saxlanılıb

Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha beş nəfər saxlanılıb
10:29 30 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

 

Bakıda qanunsuz valyuta mübadiləsi həyata keçirən daha beş nəfər saxlanılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 29-da idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

 

Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.

 

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR