Azərbaycan məktəblərində 5 günlük tətil başlayır

Azərbaycan məktəblərində 5 günlük tətil başlayır
10:31 30 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Sabahdan Azərbaycanın orta ümumtəhsil məktəblərində 5 günlük tətil başlayır.

Axşam.az "Report"a istinadən xəbər verir ki, dekabrın 31-dən yanvarın 5-dək məktəblərdə qeyri-iş günləri olacaq.

Xatırladaq ki, bütün şagirdlər üçün növbəti qış tətili 5 günlük olacaq və yanvarın 27-də başlayıb 31-də başa çatacaq. Həmçinin məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.

Qeyd edək ki, bu il şagirdlər üçün martın 17-dən 24-dək olan 8 günlük "Yaz tətili" olmayacaq. Buna səbəb Novruz bayramı günlərində qeyri-iş günlərinin sayının çox olmasıdır. Ona görə də məktəblilər üçün ayrıca yaz tətili nəzərdə tutulmayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR